Emin Abbasov: “AFFA-dakı sibaritlərə futbol lazımdır?”
Bizi izləyin

İdman

Emin Abbasov: “AFFA-dakı sibaritlərə futbol lazımdır?”

Emin Abbasov: “AFFA-dakı sibaritlərə futbol lazımdır?”

Uzun illərdir ki, Azərbaycan futbolundakı “lipa” problemi aradan qalxmır.

Demək olar ki, hər mövsüm bu mövzu ətrafında yeni qalmaqallar yaşanır. Məsələ ilə bağlı futbolumuzun inkişafı istiqamətində maraqlı təkliflər irəli sürməklə diqqət çəkən jurnalist Emin Abbasova müraciət etdik. Publika.az-a açıqlama verən Emin bəy futbolumuzdakı yaş azaltma problemini həll etməyin mümkün olduğunu dedi:

“İstək olsa, hər çətinliyin öhdəsindən gəlmək mümkündür. Ancaq AFFA-dakı sibaritlərə futbol lazımdır? AFFA-nın baş katibi Elxan Məmmədov futbol təsərrüfatına “yaxşı dincəlməyən insan, yaxşı işləyə bilməz” yanaşmasını gətirdi. Lap yaxşı, burada məntiq var. Ancaq kaş ki, Elxan bəy hər məsələyə belə həssas və anlayışla yanaşardı. Demək istədiyim odur ki, bu insanlar hər şeydən əvvəl öz rahatlıqlarını düşünürlər, futbolu yox. Konkret olaraq “lipa” probleminin həllinə gəlincə, 10-15 nəfərdən ibarət xususi komissiya yaradılmalıdı. Həmin komissiyanın tərkibinə hər klubdan bir məşqçi və uşaq futboluna bələd olan mütəxəssislər daxil olmalıdır. Bu komissiyanın üzvləri ayda bir dəfə toplaşmalı və orada müzakirələr aparılmalıdır. Şübhə altına alınan futbolçuların təvəllüdü araşdırılmalı və həmin uşaqlarla bağlı qərar çıxarılmalıdır. “Lipa” futbolçunun əməyindən istifadə edən klub böyük məbləğdə cərimələnməlidir. Sizi inandırım ki, uşaq futbolunda işləyən məşqçilər bütün uşaqları yaxşı tanıyırlar. Ona görə deyirəm ki, istək olsa, bu problemi aradan qaldırmaq çətin olmaz.

Növbəti mövsümdən 1-ci divizionda start heyətində 8 nəfər 21 yaşa qədər futbolçu yer almalıdır. Oldquca absurd qərardı. Bu rəqəm maksimum 3 olmalı idi. Bəs, 22 yaşlı futbolçu nə etməlidir, futbolu atmalıdır? Valideyn tanıyıram ki, oğlu 1-ci divizonda oynayır, 22 yaşı var. Deyir, gərək vaxtında “lipa” edərdim uşağı. Belə məntiqsiz qərarlar da futbolçularda “lipa”laşmaya həvəs oyadır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm