Dünyanın ən çox qazanan futbolçularının SİYAHISI
Bizi izləyin

İdman

Dünyanın ən çox qazanan futbolçularının SİYAHISI

Dünyanın ən çox gəlir əldə edən futbolçularının adları açıqlanıb.

Dünyanın ən çox gəlir əldə edən futbolçularının adları açıqlanıb.

Publika.az xəbər verir ki, “Forbes” jurnalının ənənəvi hesabatına görə, “Real”ın portuqaliyalı futbolçusu Kriştiano Ronaldo ildə 93 milyon dollar qazanaraq siyahıda liderliyini davam edir.

İkinci pillədə “Barselona” klubu və Argentina yığmasının hücumçusu Lionel Messi (80 milyon dollar), üçüncüdə isə daha bir “Barselona”lı hücumçu Neymardır (37 milyon dollar).

Sonrakı yerdə müvafiq olaraq Qaret Beyl (“Real”, 34 milyon), Zlatan İbrahimoviç (“Mançester Yunayted”, 32 milyon), Ueyn Runi (“Mançester Yunayted”, 23,6 milyon), Luis Suares (“Barselona”, 23,3 milyon), Serxio Aquero (“Mançester Siti”, 22,6 milyon), Xames Rodriqes (“Real”, 21,9 milyon) və Pol Poqba (“Mançester Yunayted”, 21,2 milyon) kimi futbolçular qərarlaşıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm