Ronaldo 6 milyon avro "tərlədi"
Bizi izləyin

İdman

Ronaldo 6 milyon avro "tərlədi"

Ronaldo vergidən yayınmada ittiham olunurdu.

"Forbes"in versiyasına görə dünyanın ən yüksək ödənişli futbolçusu olan Kriştiano Ronaldo vergidən yayınmada ittiham olunduqdan sonra könüllü surətdə 6 milyon avro ödəyib.

Publika.az xəbər verir ki, "Marca" qəzetinin yazdığına görə, bundan əvvəl İspaniyanın Maliyyə Nazirliyi və Vergi Xidməti "Real"ın hücumçusunu 2014-cü ildə 15 milyon avro məbləğində vergidən yayınmaqda ittiham edirdi.

Nəşr qeyd edir ki, Ronaldo cinayət təqibi və işin açılmasından qaçmaq üçün pulu könüllü surətdə ödəyib. Cinayət işinin açılması futbolçunun cərimələnməsinə və ya 5 il müddətinə azadlıqdan məhrum edilməsinə gətirib çıxara bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm