“Roma” "İmperator"u belə yola saldı - - FOTO/VİDEO
Bizi izləyin

İdman

“Roma” "İmperator"u belə yola saldı - - FOTO/VİDEO

Totti “Roma”nın heyətində son oyununu keçirib.

İtaliya A seriyasının sonuncu turunda “Cenoa” ilə qarşılaşan “Roma” 3:2 hesablı qələbə qazanıb.

Publika.az xəbər verir ki, bu görüş “canavarlar”ın 40 yaşlı oyunçusu Françesko Totti üçün “Roma” forması ilə sonuncu olub.

Görüşün 54-cü dəqiqəsində Muhammed Salahı əvəzləyən “veteran” matçdan sonra azarkeşlərlə görüşərkən göz yaşlarına hakim ola bilməyib.

“Roma” ilə 25 il ərzində 786 oyunda meydana çıxan Totti 307 qola imza atıb.

Qeyd edək ki, canlı əfsanənin paytaxt təmsilçisini tərk edəcəyi əvvəlcədən açıqlanmış olsa da, onun karyerasını bitirəcəyi, yoxsa başqa klubda davam edəcəyi haqqında məlumat verilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm