Məşhur dazbaş yeni qayda təklif etdi
Bizi izləyin

İdman

Məşhur dazbaş yeni qayda təklif etdi

Məşhur dazbaş yeni qayda təklif etdi

UEFA Hakimlər Komitəsinin üzvü, sabiq italyan referi Pyerluici Kollina qitə futbol qurumunun Turindəki iclasında maraqlı təkliflə çıxış edib.

Publika.az xəbər verir ki, o, tezliklə futbolda yeni qayda tətbiq oluna biləcəyini bildirib:

"Futbolda zədəni törədən futbolçu xəsarət almış oyunçu meydana qayıdana qədər kənarda qalmalıdı. Onlar meydandan birlikdə çıxıb, birlikdə daxil olmalıdı. Qaydanı pozmuş oyunçu yalnız xəbərdarlıq alır, ancaq onun komandası say üstünlüyünə malikdi. Axı rəqib oyunçuya meydandan kənarda yardım göstərirlər. Adi gözlə görünür, zədələnmiş oyunçunun komandası əziyyət çəkir".

Kollinanın jurnalistlərə açıqladığı təklifin gerçəkləşdirilməsi üçün əvvəlcə FİFA-ya müraciət olunmalı, daha sonra da yeni qayda gənc komandalar səviyyəsində sınaqdan çıxarılmalıdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm