Formula 1-də iştirak edəcək komandaların Bakıya gəlmə vaxtı bilindi
Bizi izləyin

İdman

Formula 1-də iştirak edəcək komandaların Bakıya gəlmə vaxtı bilindi

2017 Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək komandalar iyunun 19-dan etibarən Bakıya gələcəklər.

Bunu jurnalistlərə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

O bildirib ki, iyunun 21-də artıq Formula 1 pilotları, xarici mətbuat nümayəndələri, avtomobil federasiyaları və Formula 1 rəhbərliyinin hamısı Bakıda olacaq.

N.Arpadarai əlavə edib ki, iyunun 23-dən etibarən pilotların əsas praktikası başlayır, daha sonra yarışlara start veriləcək. Yarışlar iyunun 25-də başa çatacaq. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm