Eto Maurinyonu təhqir etdi: “O axmağa inanmayın”
Bizi izləyin

İdman

Eto Maurinyonu təhqir etdi: “O axmağa inanmayın”

Eto Maurinyonu təhqir etdi: “O axmağa inanmayın”

“Çelsi”nin futbolçusu Samuel Eto yaşı ilə bağlı yayılan söz-söhbətə bir daha münasibət bildirib.

Xatırladaq ki, Joze Maurinyo mətbuata açıqlamasında Etonun “lipa” olduğuna işarə etmişdi: “Hazırda Etonun 32 yaşı var. Bəlkə də 35. Kim bu haqda dəqiq bilir ki...”

Kamerunlu futbolçunun keçmiş sevgilisi isə onun 39 yaşının olduğunu bildirmişdi. Publika.az xəbər verir ki, Eto bu məsələ ilə bağlı jurnalistlərin suallarını növbəti dəfə cavablandırarkən Maurinyonu axmaq adlandırıb: “Mənim 33 yaşım var. Siz o axmağa inanmayın. Mən qocayam? Bu qoca min cavana dəyər. Bir çoxları 33 yaşda təqaüdə çıxır, MLS-ə, Yaxın Şərqə gedir. Mən isə ÇL-də oynayıram. Yenə də oynayacam. Hansı komandada? Deməyəcəm. Özümü əla hiss edirəm və yaxşı formadayam. Hətta növbəti dünya çempionatında da oynamağı planlaşdırıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm