• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Tale Heydərov “Qəbələ”nin qarşısına qoyulan tələbdən danışdı

  • İdman
  • 16 May 2014 10:10
  • 1 225 Baxış
Tale Heydərov  “Qəbələ”nin qarşısına qoyulan tələbdən danışdı

“Qəbələ”nin prezidenti Tale Heydərov komandanın baş məşqçisi Yuri Syominin işi haqda fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, Heydərov CBC kanalına müsahibəsində bunları söyləyib:

“Yuri Syomin çox adlı-sanlı məşqçidi. O, “Qəbələ”yə kömək etmək üçün Azərbaycandadı. Düşünürəm ki, onun birinci ilini uğurlu hesab etmək olar. Biz Azərbaycan Kubokunun finalına çıxmışıq və hazırda çempionatda dördüncü pillədəyik, avrokuboklara düşmüşük. O, uğura nail ola bilib. Syominin bizimlə qalacağı ilə bağlı hələ qərara gəlməmişik. Syominin özü qərara gəlməyib. Yaxın vaxtlarda bütün detalları onunla müzakirə edəcəyik. Şəxsən mən istərdim ki, Syomin bizdə qalsın. Belə ki, o, təcrübəli və yaxşı məşqçidi. Ancaq hər şeyi vaxt göstərəcək”.

Heydərov həmçinin, qeyd edib ki, komandanın qarşısında ölkə kubokunu qazanmaq tapşırığı qoyulub. Avrokuboklarda isə “Qəbələ” legionerlərlə güclənə bilər: “Bu, məşqçinin qərarıdı. Mən bu işlərə müdaxilə etmirəm və məşqçimizi dəstəkləyirəm”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR