Blatterdən etiraf: “Mundialın Qətərə verilməsi səhv idi”
Bizi izləyin

İdman

Blatterdən etiraf: “Mundialın Qətərə verilməsi səhv idi”

Blatterdən etiraf: “Mundialın Qətərə verilməsi səhv idi”

2022-ci ildə keçiriləcək dünya çempionatının təşkilatçılıq hüququnun Qətərə verilməsi böyük narazaılıqla qarşılanmışdı.

Dünya mətbuatında bu qərarın verilməsində rüşvətin rol oynadığı da vurğulanırdı. Yayda həddindən artıq isti hava şəraitinin olduğu Qətərdə dünya çempionatının keçirilməsi futbolçuların səhhətinə pis təsir edə bilər. Hətta buna görə çempionatın qış ayında keçirilməsi təklifi də irəli sürülüb. Publika.az xəbər verir ki, FİFA prezidenti Jozef Blatter məsələ ilə bağlı ilginc etirafda bulunub. Blatter mundialın təşkilatçılıq hüququnun Qətərə verilməsinin səhv addım olduğunu bildirib: “Bəli, bu, səhv qərar idi. Ancaq unutmayın ki, bizim hər birimiz şəxsi həyatımızad xeyli səhv buraxırıq. Ancaq durumu geosiyasi vəziyyətə salmaq olmaz”.

FİFA prezidenti Fransa və Almaniyanı ona təzyiq etməkdə də ittiham edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm