Vitse-prezident istefa verdi
Bizi izləyin

İdman

Vitse-prezident istefa verdi

Vitse-prezident istefa verdi

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti istefa verib.

Publika.az xəbər verir ki, Elnur Kələntərov istefa qərarını bir müddət öncə versə də, indi açıqlayıb. O, məsələyə belə münasibət bildirib: “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü ilə bağlı keçirilən cüdo üzrə ”Böyük dəbilqə” turnirində üzərimə düşən vəzifələr vardı. Yarış başa çatdıqdan sonra qərarımı açıqladım”.

E.Kələntərov Cüdo federasiyasında daha 3 vitse-prezidentin və kifayət qədər təcrübəli və peşəkar üzvlərin olduğunu, qurumun bundan sonra da uğurla fəaliyyət göstərəcəyinə inandığını vurğulayıb. (Aznews.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm