Vitse-prezidentin istefasına rəsmi münasibət
Bizi izləyin

İdman

Vitse-prezidentin istefasına rəsmi münasibət

Vitse-prezidentin istefasına rəsmi münasibət

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Kələntərovun istefa verməsi barədə məlumat vermişdik.

O, istefa qərarını bir müddət öncə verib. Lakin ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü ilə bağlı keçirilən cüdo üzrə ”Böyük dəbilqə” turnirində üzərinə düşən missiyanı yerinə yetirdikdən sonra qərarını açıqlayıb.

Məsələyə aydınlıq gətirmək üçün federasiyanın mətbuat xidmətinin rəhbəri Ceyhun Kələntərovla əlaqə saxladıq. Publika.az-a danışan federasiya rəsmisi vitse-prezidentin istefa qərarına belə münasibət bildirdi:

“Elnur Kələntərov istefa ərizəsini təqdim etsə də, hələ ki, bununla bağlı qərar qəbul edilməyib. Onun istefa ərizəsinə yaxın zamanda baxılacaq. İndi dəqiq heç nə deyə bilmərik. Qərarın qəbul olunub-olunmaması gələn həftə bəlli olacaq”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm