11 qat Avropa çempionuna prezident daha bir mükafat verdi
Bizi izləyin

İdman

11 qat Avropa çempionuna prezident daha bir mükafat verdi

11 qat Avropa çempionuna prezident daha bir mükafat verdi

Karate üzrə 11 qat Avropa, 4 qat dünya çempionu Rafael Ağayev mükafatlandırılıb.

Belə ki, idmançı “4-cü dan” qara kəmər ustası adına layiq görülüb. Rafael Ağayev sevincini publika.az-la bölüşdü:

“Çox sevinirəm, bu, mənim üçün böyük fərəhdir. 4-cü dan qara kəmər titulunun diplomu dünən verilib. Mükafatı Ümumdünya Karate Federasiyasının prezidentinin imzası ilə AKF-nin rəhbəri Yaşar Bəşirov təqdim edib”.

Finlandiyanın Tampere şəhərində keçirilən 49-cu Avropa çempionatından bir neçə gün əvvəl dizindən növbəti dəfə əməliyyat olunan "Dünya karatesinin briliyantı" hazırda vəziyyətinin yaxşı olduğunu və bərpa dövrünü keçdiyini bildirib:

“Yavaş-yavaş yüngül məşqlərlə başlayıram. Ayın 20-dən isə tam məşqləri bərpa edəcəm”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm