Dənizlinin müəmmalı istefasına rəsmi münasibət
Bizi izləyin

İdman

Dənizlinin müəmmalı istefasına rəsmi münasibət

Dənizlinin müəmmalı istefasına rəsmi münasibət

"Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimovla görüşən Mustafa Dənizlinin istefa verməsi barədə xəbər vermişik. İstefanın əsasında nəyin dayanması ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlundan məlumat almağa çalışdıq. Publika.Az-a danışan klub rəsmisi məsələyə belə münasibət bildirdi: “Mustafa Dənizlinin klub prezidenti ilə görüşü planlaşdırılmışdı. Lakin Mustafa Denizlinin dünən mətbuat konfransı keçirməsi klub rəhbərliyinin fikri ilə üst-üstə düşmədi. Yəni rəhbərlik hesab edirdi ki, görüşdən sonra mətbuat konfransı keçirmək daha uyğun olardı. Anlaşılmazlıq yarandı”.

"Belə çıxır ki, Mustafa Dənizlinin görüşdən öncə mətbuat konfransı keçirməsi klub rəhəbrliyinin narazılığına səbəb olub?" sualını Cəbrayıloğlu belə cavablandırdı:

Xeyr, sadəcə Mustafa hoca dünən konfrans keçirir, gələcək planlarından danışır. İstefa verməyəcəyini bildirir. Bu gün istefa ərizəsini təqdim edir. Bu da bizim üçün gözlənilməz oldu. Bu gün klub prezidenti Mais müəllimlə görüşdü. Bir çox durumlar müzakirə olundu və istefa ərizəsini təqdim etdi, yollar ayrıldı”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm