Adamın U-17-si Azərbaycanı rüsvay edir (Video)
Bizi izləyin

İdman

Adamın U-17-si Azərbaycanı rüsvay edir (Video)

Adamın U-17-si Azərbaycanı rüsvay edir

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Manisa şəhərində təşkil olunmuş “2014 Mercedes-Benz Ege Kuboku” turnirində ikinci oyununu keçirib.

Publika.az xəbər verir ki, Türkiyə komandası ilə qarşılaşan yığmamız 1:7 hesabı ilə məğlub olub.

Komandamızın yeganə qolunu Qara Qarayev vurub. Yığmamız “2014 Mercedes-Benz Ege Kuboku” turnirinin qrup mərhələsində sonuncu oyununu yanvarın 23-də, Bakı vaxtı ilə saat 14:00-da Ukrayna komandasına qarşı keçirəcək.

Qeyd edək ki, Arif Əsədovun istefasından sonra AFFA-nın baş katibi Elxan Məmmədovun istəyi ilə U-17-yə alman mütəxəssis Nikolay Adam baş məşqçi təyin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm