Dənizlinin qələmini Mübariz Mənsimov qırıb – Şok təfərrütalar – ÖZƏL
Bizi izləyin

İdman

Dənizlinin qələmini Mübariz Mənsimov qırıb – Şok təfərrütalar – ÖZƏL

Dənizlinin qələmini Mübariz Mənsimov qırıb – Şok təfərrütalar – ÖZƏL

Mustafa Dənizlinin “Xəzər Lənkəran”dan istefa verməsi gündəmdə geniş müzakirə olunur.

Dənizlinin klub prezidenti Mais Mənsimovla görüşdən sonra istefa verdiyi bildirilir. Deyilənlərə görə, Mais Mənsimovla Mustafa Dənizlinin fikirləri üst-üstə düşmədiyi üçün türkiyəli mütəxəssis klubdan ayrılıb. Publika.az Dənizlinin istefası ilə bağlı maraqlı məlumat əldə edib. Kluba yaxın şəxsin saytımıza verdiyi məlumata görə, Dənizlinin getməsini Mais Mənsimov yox, “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov tələb edib.

Mənbə bildirir ki, Mais Mənsimov heç bir halda Dənizliyə “get” deməyə cəsarət etməzdi. Çünki türkiyəli mütəxəssisi komandaya böyük Mənsimov dəvət etmişdi və bu sözü yalnız o deyə bilərdi.

Bəs Mübariz Mənsimovun Dənizliyə münasibəti niyə dəyişib? Mənbə bildirir ki, bunun üçün klub rəhbərliyi uzun müddət iş aparıb. Klubun prezidenti Mais Mənsimovla vitse-prezident Tuyqun Nadirov mütəmadi olaraq fəxri prezidentə Dənizli ilə bağlı mənfi rəy formalaşdıracaq məlumatlar çatdırıblar. Eyni işi paralel olaraq Lənkəranda da davam etdirərək klubun daxilində nifaq salmağa çalışıblar. Nəticədə “Xəzər Lənkəran” uğursuz çıxış edərərk mövsümü tam boşa verib. Nə qədər qəribə də olsa onlar bu işdə Dənizlinin köməkçisi Oğuz Çətindən də yararlanıblar. Oğuz Çətin də Mübariz Mənsimova Dənizli ilə bağlı mənfi rəy verib. Mais Mənsimov-Tuyqun Nadirov cütlüyü bunun müqabilində Oğuz çətinə vəd də veriblər-komandanın baş məşqçisi olacaqsan.

Ancaq məlumatda bildirilir ki, Dənizlinin istefasından sonra Oğuz Çətinə verilən vəd yerinə yetirilməyə də bilər. Məlumatda bildirilir ki, həmyerlisinə qarşı istifadə olunan Oğuz Çətin də müəyyən plan əsasında Lənkərandan getməyə məcbur ediləcək. Mənbə bildirir ki, mətbuatda Mustafa Dənizliyinin Türkiyəyə gedərək Mübariz Mənoimovla görüşməsi ilə bağlı yayılan xəbərlərin də heç bir əsası yoxdu. Belə ki, Dənizli Türkiyəyə gedib orda bir neçə gün qalsa da, böyük Mənsimov onu qəbul etməyib. Məlumatda bildirilir ki, həmin vaxt Dənizli haqda Mənsimovda artıq mənfi rəy formalaşmışdı. Mübariz Mənsimov onu qəbul etməməklə Dənizliyə “get” mesajını verib. Məlumatda qeyd olunur ki, rəhəbrlik Dənizlini elə həddə çatdırmaq istəyib ki, o, məhz özü istefa verməyə məcbur olsun. Əks təqdirdə türkiyəli mütəxəssisə külli miqdarda kompensasiya ödənilməliydi.

Mustafa Dənizlinin dünən keçirdiyi mətbuat konfransı isə hadisələrin kluminasiya nöqtəsi olub. Bu mətbuat konfransı ilə bağlı İstanbula Dənizlinnin əlehinə olacaq məlumat çatdırılb. Nəticədə Mübariz Mənsimov da “nə yolla olursa-olsun getməyə məcbur edin” göstərişini verib. Bu gün klubun ofisinə çağrılan Mustafa Dənizlini özbaşına mətbuat konfransı keçirməkdə ittiham ediblər. Klub rəhbərliyi Dənizli ilə olduqca aqressiv və yüksək tonda danışaraq onu təhqir etməkdən belə çəkinməyib. Özünə qarşı belə münasibəti görən Mustafa Dənizli “mən belə şəraitdə işləyə bilmərəm, istefa verirəm deyərək” klubun ofisini tərk edib.Rəhbərlik isə bu xəbəri tələsik özünə yaxın mətbuat orqanlarına sızdırb. Beləcə Dənizli məcburi şəkildə “Xəzər Lənkəran”dan qovulub.

Məsələ ilə bağlı “Xəzər Lənkəran” rəhbərliyinin də mövqeyini öyrəndik. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumatı təkzib etdi: “Oguz Çətinə heç bir təklif olmayib. Məntiqi cəhətdən yanaşsaq, Dənizli gedirsə, Oguz bəy də burda qalmaz. Mustafa bəy Lənkərana gələrkən klub prezidenti ilə görüşündə komandanın ilk üçlükdə qərarlaşacağını və kuboku qazanacagını söz vermisdi. Yekunda bunun heç biri olmadı. Bu günə qədər Dənizlinin bütün istəkləri həyata keçirilib. Bunu Dənizli özü də konfransda dilə gətirdi. Sadəcə növbəti mövsümün planları müzakirə olunarkən fikirlər üst-üstə düşmədi və sonda bu ayrılıq bas tutdu. Dənizlinin gedişi ilk olaraq klubun rəsmi saytında bəyan olunub. Bundan sonra hər hansı bir media orqanı onu yayıbsa, bu, məlumat otürmək deyil məncə”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm