Güləşçilərimiz Dünya Kubokunda tarix yazdı
Bizi izləyin

İdman

Güləşçilərimiz Dünya Kubokunda tarix yazdı

Güləşçilərimiz Dünya Kubokunda tarix yazdı

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları başa çatıb.

Publika.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan yunan-Roma güləşi üzrə yığma komandası güləş tariximizdə yeni səhifə yazıb. Güləşçilərimiz Dünya Kuboku yarışlarında ilk dəfə 3-cü yeri tutub və bürünc medala sahib olub.

Qeyd edək ki, güləşçilərimiz Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə eyni qrupda mübarizə aparıb. Güləşçilərimiz ilk görüşdə yerli İran güləşçilərinə məğlub olsa da, daha sonra ardıcıl olaraq Ermənistan (8:0), Koreya (5:3) və Finlandiya (5:3) yığmasına qalib gələrək qrupda 2-ci yerdə qərarlaşıb və bürünc medal qazanmaq şansı əldə edib. Həlledici qarşılaşmada Macarıstan güləşçilərini 6:2 hesabı ilə üstələyən yığmamız yarışı üçüncü sırada tamamlayıb.

Bu, yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarında yığmamızın indiyə qədərki ən uğurlu nəticəsidir. Buna qədər güləşçilərimiz 2011-ci ildə Belarusun paytaxtı Minskdə və 2012-ci ildə Rusiya Federasiyasının Saransk şəhərində keçirilən analoji yarışda 4-cü yerlə kifayətlənmişdi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm