FHN-nin əməkdaşı 35-ci dəfə qalib oldu - FOTO
Bizi izləyin

İdman

FHN-nin əməkdaşı 35-ci dəfə qalib oldu - FOTO

Yanvarın 18-i Çinin Xiang Yang şəhərində kikboksinq üzrə Shulen Feng böyük peşəkar yarış keçirilib.

Teleqraf.com-un məlumatına görə, yarışda Azərbaycanı 4 qat dünya çempionumuz Pərviz Abdullayev təmsil edib. Keçirilən 8-lik yarışda idmançımız 70 kq çəki üzrə döyüşüb. Çinli idmançı Li Zikai ilə rinqdə görüşən Pərviz Abdullayev döyüşü tam üstünlüklə qələbə ilə başa vurub. Xatırladaq ki, bu idmançımızın 35-ci qələbəsidir.

Azərbaycanlı idmançı yarışa idmançısı olduğu "12 May-Kobra"Kikboks Klubunun dəstəyi ilə qatılıb. Yarışdan öncə Hollandiyaya yola düşən kikboksçumuz orda "Super PRO" klubunda məşqçi Pramotr Denis Krauvelin nəzarəti ilə yarışa hazırlıq məşqləri keçib.

Pərviz Abdullayev FHN-nin əməkdaşıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm