Futbolda bu da oldu - Baş məşqçi oyunçuya “kəllə atdı” - - VİDEO
Bizi izləyin

İdman

Futbolda bu da oldu - Baş məşqçi oyunçuya “kəllə atdı” - - VİDEO

Hadisə La Liqaya vəsiqə əldə etmək uğrunda pley-off matçı zamanı baş verib.

İspaniya Sequndasında futbolda nadir halda rast gəlinən hadisələrdən biri baş verib.

Publika.az xəbər verir ki, “Hueska”nın baş məşqçisi Xuan Antonio Ankela komandanın yarımmüdafiəçisi David Lopeslə dalaşıb.

Hadisə La Liqaya vəsiqə əldə etmək üçün “Xetafe” ilə keçirilən pley-off matçı (0:3) zamanı baş verib.

55-ci dəqiqədə Lopezi əvəzləyən Ankela narazılıqla üzləşib. Mütəxəssis də buna cavab olaraq, yarımmüdafiəçini başla vurub.

O, sonradan hərəkətini belə izah edib: “Oyunçular elə bilirlər ki, ağıllarına nə gəlirsə, danışa bilərlər. O, mənə narazılığını bildirdi, mən də ona. Bu da normal haldı. Belə hadisə nə birinci dəfə yaşanır, nə də sonuncu”.

Qeyd edək ki, “Xetafe” 2 oyunun nəticəsinə görə (0:0, 3:0) pley-offun finalına yüksəlib.

apasport.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm