Çempionlar Liqasında yeni mövsüm BAŞLAYIR: “Qarabağ”ın rəqibi kim olacaq?
Bizi izləyin

İdman

Çempionlar Liqasında yeni mövsüm BAŞLAYIR: “Qarabağ”ın rəqibi kim olacaq?

Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün ilk püşkatması olacaq.

Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün ilk püşkatması olacaq.

Publika.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq mərasimdə yeni mövsümdən etibarən Avropa səhnəsində yarışacaq komandalar öz rəqiblərini tanıyacaqlar.

Qitənin ən nüfuzlu klub turnirində ölkəmizi “Qarabağ” təmsil edəcək. Azərbaycan çempionu yarışa ikinci təsnifat mərhələsindən start verəcək. Ağdam klubu səpələnmişlər sırasında yer alacaq.

Çempionumuzun mübarizəyə başlayacağı II təsnifat mərhələsində 34 iştirakçı olacaq. Püşkdə 29 komanda və I təsnifat mərhələsinin 5 cütü hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünəcək.

Səpələnmişlər sırasında yer alacaq “Qarabağ” 12 klub və ya 4 cütlükdən biri ilə görüşəcək. Ermənistan klubunun yer aldığı I mərhələnin cütü isə çempionumuzla üz-üzə gələ bilməz.

“Zəiflər”in digər 9-u, həmçinin II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq 10 komanda isə “Qarabağ”la qarşılaşa bilər. (apasport.az)

Çempionlar Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər

TNS (Uels) – 5,775

“Linfild” (Şimali İrlandiya) – 3,650

“Vikinqur” (Farer adaları) – 2,950

“Hibernians” (Malta) – 2,800

“Santa-Koloma” (Andorra) – 2,733

Səpələnməmişlər

“Alaskert” (Ermənistan) – 2,525

“La Fiorita” (San-Marino) – 1,566

“Europa” (Cəbəllütariq) – 1,500

“İnfonet” (Estoniya) – 1,300

“Trepça” (Kosova) – 1,000

II təsnifat mərhələsi

Səpələnmişlər

“Seltik” (Şotlandiya) – 42,785

“Zalsburq” (Avstriya) – 40,570

“Kopenhagen” (Danimarka) – 37,800

“Lüdoqorets” (Bolqarıstan) – 34,175

BATE (Belarus) – 29,475

“Legiya” (Polşa) – 28,450

APOEL (Kipr) – 26,210

“Maribor” (Sloveniya) - 21,125

“Qarabağ” (Azərbaycan) – 18,050

“Malmö” (İsveç) – 16,945

“Astana” (Qazaxıstan) – 16,800

“Partizan” (Serbiya) – 16,075

“Riyeka” (Xorvatiya) – 15,550

“Rusenborq” (Norveç) – 12,665

“Şerif” (Moldova) – 11,150

“Hapoel” (Beyer Şeva, İsrail) – 10,875

“Hafnarfyordur” (İslandiya) – 6,175

Səpələnməmişlər

“Jilina” (Slovakiya) – 5,850

“Jalgiris” (Litva) – 5,825

“Dandalk” (İrlandiya) – 5,815

“Vardar” (Makedoniya) – 5,125

“Dudelanj” (Lüksemburq) – 4,975

“Kukesi” (Albaniya) – 4,550

“Zrinski” (Bosniya və Herseqovina) – 4,050

“Buduçnost” (Monteneqro) – 3,300

“Honved” (Macarıstan) – 2,900

“Mariehamn” (Finlandiya) – 2,030

“Spartak” (Latviya) – 1,975

“Samtredia” (Gürcüstan) – 1,525

I təsnifat mərhələsinin 5 qalibi

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları 27-28 iyun, cavab matçları isə 4-5 iyul tarixlərində baş tutacaq. II təsnifat mərhələsinin matçları isə 11-12 və 18-19 iyul tarixlərində keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm