F1 pilotu: “Ümid edirəm, bu il plastik paketlər ətrafda uçuşmayacaq”
Bizi izləyin

İdman

F1 pilotu: “Ümid edirəm, bu il plastik paketlər ətrafda uçuşmayacaq”

Haas F1 komandasının pilotu Roman Qrojan artıq Bakıdadır. O, bu ilki Bakı treki haqqında təəssüratlarını bölüşüb.

Qrojan bu il halqaya bələd olduqları üçün daha təcrübəli çıxış edəcəklərini deyib:

“İnanıram ki, bolidlər fərqli olsa da, keçən ildən qalan bir çox şeyləri yarışa gətirmək olar. Biz keçən il nə etdiyimizi, hansı qurğuların olduğunu və yarışı daha yaxşı necə edə biləcəyimizi götür-qoy edəcəyik. Fikirləşirəm ki, artıq müəyyən ideyalarımız var, biz onları bu ilin yenilikləri ilə birlikdə tətbiq edəcəyik. Hər zaman öyrənə və təkmilləşdirə biləcəyimiz sahələr var.”

O, ötən ilki çətinliklərin bu il yaşanmamasını istəyib:

“Çox yaxşı yarış idi. Bu şəhər gözəldir və Bakı Şəhər Halqası yaxşı trekdir. Bir çatışmazlıq var idi ki, o da plastik paketlərin ətrafda uçuşması idi – onlardan biri radiatorin sorma hissəsini tutaraq doğurdan da yarışda xal qazanmağımıza mane oldu. Ümid edirəm, bu il plastik paketlər ətrafda uçuşmayacaq. Mənim üçün bu, mükəmməl keçən yarış həftəsonunun yeganə çatışmazlığı idi.”

Qrojan Qala divarları olan hissəni trekdəki ən çətin hissə adlandırıb:

“Ən çətin hissə ikinci hissədir. Burada sürət aşağıdır və həmçinin bu hissə çox dardır. Burada asanlıqla səhvə yol verə bilərsən. Deyərdim ki, trekin arxa hissəsində yarışmaq, o cümlədən Qala divarlarının ətrafında sürmək, təpə yuxarı sürmək, sonra aşağıya doğru irəliləmək və axırıncı iki döngələrdən keçərək dövrəyə davam etmək olduqca çətin idi”.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm