İLİN TOYUNA HAZIRLIQ - “Meymunlar” və İsrail agentləri... - - FOTOLAR
Bizi izləyin

İdman

İLİN TOYUNA HAZIRLIQ - “Meymunlar” və İsrail agentləri... - - FOTOLAR

Toy üçün 150 media əməkdaşı akkreditasiya olub.

Argentina ilin toyuna hazırlaşır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın “Barselona” klubunun argentinalı ulduzu Lionel Messi ilə Antonella Rokutso iyunun 30-da toy edəcək.

Argentinanın Rosario şəhərinə uçan cütlük toya son hazırlıqlarını görür. Amma toya hazırlaşanlar tək onlar deyil: israilli agentlər, narkotik kartel və Argentina polisi də iyunun 30-nu səbirsizliklə gözləyir.

12 ildir Barselonada yaşamasına baxmayaraq, Messi və Antonella Rosarioda evlənməyə qərar vermişdi. Qeyd edək ki, Lionel Messi və Antonella Rokutso yeniyetmə olarkən Argentinada tanış olublar. Cütlüyün iki oğlu var. Tyaqo 2012-ci, Matteo isə 2015-ci ildə dünyaya gəlib.

Köklərindən qopmayan cütlüyün toy planlarında bəzi dəyişikliklər olub. May ayında toya 600 nəfərin dəvət ediləcəyi deyilsə də, son olaraq qonaqların sayı 250-ə qədər azaldılıb. Qonaqlar arasında Argentina milli komandasının bəzi oyunçuları ilə yanaşı, “Barselona”dakı komanda yoldaşları Neymar, Suares, Pike, Buskets və İnyestanın da adı çəkilir.

1,2 milyon əhalisi olan Rosario şəhəri üçün Messinin toyu çox böyük məna kəsb edir. Paytaxt Buenos-Ayresin 310 kilometrliyində yerləşən şəhər Messinin doğulduğu yerdir. Argentinalı ulduz toyunu burada etməklə doğulduğu şəhərə borcunu qaytarmaq istəyir. Messi toy üçün Rosarionu seçdiyinə görə şəhər sakinləri onunla qürur hissi keçirir.

Toy üçün 150 media əməkdaşı akkreditasiya olub. Ancaq jurnalistlər yalnız otelin qarşısında dayana biləcəklər. Onların otelə girməsinə icazə verilməyəcək.

Toyla əlaqədar təhlükəli bir vəziyyət də var. Toydan sonra partinin təşkil ediləcəyi “City Hotel Casino”nun yerləşdiyi yer “La Granada” kimi tanınır. Bura şəhərin ən təhlükəli bölgəsidir. Bölgəyə demək olar ki, “Los Monos” (“Meymunlar”) adlı narkotik şəbəkə tərəfindən nəzarət edilir. Buna görə də toya hazırlıq çərçivəsində şəhərin təhlükəsizlik gücləri fövqəladə təhlükəsizlik tədbirləri görməyə başlayıb.

Argentina mətbuatında yer alan xəbərlərə görə, Messinin ailəsi israilli bir təhlükəsizlik şirkəti ilə razılaşıb. Yerli xalq israilli agentlərin həftələrdir “La Granada” bölgəsində at oynatdığını deyirlər. Bütün təhlükəli bölgələri nəzarət altına alan agentlərə “Santa Fe” və “Rosario” polis təşkilatlarından da dəstək verilir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm