KK: Dünya çempionlarından çətin qələbə
Bizi izləyin

İdman

KK: Dünya çempionlarından çətin qələbə

Bu gün Konfederasiyalar Kuboku-2017-də daha bir oyun baş tutub.

Publika.az xəbər verir ki, B qrupunun ikinci matçında Almaniya Avstraliya ilə qarşılaşıb.

Asiya kubokunun qalibi kimi turnirə qatılan Avstraliya dünya çempionu olaraq yarışa gələn və əsas favoritlərdən biri olan Almaniyaya ciddi müqavimət göstərsə də, məğlubiyyətdən qaça bilməyib. "Bundestim" çətinliklə də olsa, oyundan 3:2 hesablı qələbə ilə ayrılmağı bacarıb.

Konfederasiyalar Kuboku – 2017

19 iyun

B qrupu

Avstraliya – Almaniya - 2:3

Qollar: Rocik, 41, Yuriç, 56 - Stindl, 5, Draksler, 44 (pen.), Qoreçka, 48

Oxumağa davam et
Reklam
Reklam

Gündəm