“Ergenekon, balyoz olmadı deyə, oyun “alqı-satqısı”nı uydurdular”- VİDEO
Bizi izləyin

İdman

“Ergenekon, balyoz olmadı deyə, oyun “alqı-satqısı”nı uydurdular”- VİDEO

“Ergenekon, balyoz olmadı deyə, oyun “alqı-satqısı”nı uydurdular”

Türkiyədə “Ergenekon”, “Balyoz” əməliyyatından sonra ən çox adı hallananlardan biri də "Fənərbaxça"nın prezidenti Aziz Yıldırımdır.

O haqqında açılan məhkəmə işi ilə bağlı BBC-nin Türkiyə bürosuna danışıb.

Publika.Az xəbər verir ki, Aziz Yıldırım haqqında “oyun alqı-satqısı, rüşvət və təşkilat üzvü" kimi ittihamlarla əlaqədar verilən məhkəmə hökmlərinin ali məhkəmə tərəfindən təsdiqlənməsindən sonra bunun siyasi bir qərar olduğunu söyləyib.

Yıldırım bu işin və çıxan qərarın “Ergenekon”, “Balyoz”, “Oda TV” kimi “xarici qüvvələr tərəfindən idarə olunan” əməliyyatların davamı olduğunu müdafiə etdi.

“Bu qərara sayğı göstərmirəm və qəbul etmirəm. Bu əməliyyat Türkiyədə “Ergenekon”, “Balyoz” , “Oda tv”, “cübbəli Ahmet Hoca” davalarında olduğu kimidir.

Bunlar Türkiyədə bütün yüksək təpələri düz hala gətirməklə, istədikləri kimi iqtidar qurmaq istəyirlər. “Ergenekon”, “Balyoz” olmadı deyə, oyun “alqı-satqısı”nı uydurdular”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm