Bu gün bitir - “Bürünc” kimin olacaq?
Bizi izləyin

İdman

Bu gün bitir - “Bürünc” kimin olacaq?

Bu gün bitir - “Bürünc” kimin olacaq?

Bu gün Azərbaycan Premyer Liqasının 2013/14 mövsümünə yekun vurulur.

Publika.az xəbər verir ki, sonuncu - 36-cı turun bütün oyunları eyni gündə baş tutacaq.

"Neftçi" səfərdə "Simurq"un qonağı olacaq. "Qəbələ" isə doğma meydanda "Sumqayıt"la üz-üzə gələcək.

Turnir cədvəlinin son pilləsində qərarlaşan "Rəvan" digər bir iddiasız paytaxt təmsilçisi "Bakı"nı qonaq edəcək. Başqa bir oyun "Şəfa" stadionunda baş tutacaq. "İnter" mövsümün qapanış matçında AZAL-ın "qonağı olacaq". Günün, turun və mövsümün son oyununda isə yeni çempion "Qarabağ" doğma azarkeşlər önündə baş məşqçisiz qalan "Xəzər Lənkəran"ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası

36-cı tur

17 may

17:00. QƏBƏLƏ – SUMQAYIT

Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Munis Abdullayev, Teymur Fərhadov.

Qəbələ şəhər stadionu.

17:00. AZAL – İNTER

Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, İsgəndər Əliyev, Mahir Məmmədov.

Bakı. “Şəfa” stadionu.

17:00. RƏVAN – BAKI

Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Rza Məmmədov, Rəşad Əhmədov.

Bakı. “Bayıl Arena”.

17:00. SİMURQ – NEFTÇİ

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Fərid Məmmədov.

Zaqatala şəhər stadionu.

19:00. XƏZƏR LƏNKƏRAN – QARABAĞ

Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Kamran Bayramov, Nail Nağıyev.

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm