Yarışa 1 gün qalmış Formula 1 yollarında dəyişiklik
Bizi izləyin

İdman

Yarışa 1 gün qalmış Formula 1 yollarında dəyişiklik

Formula 1 Azərbaycan Qran Prisi öncəsi Bakı Şəhər Halqasına bir sıra dəyişikliklər edilib.

Bakı Şəhər Halqasından verilən məlumata görə, ilk olaraq 1, 2, 3, 5, 8 və 15-ci döngələrin kənarlarında quraşdırılmış baryerlər arxaya çəkilib ki, əlavə məsafə yaratmaqla bolidlərin rahat hərəkəti təmin olunsun.

Eyni zamanda, 1, 3, 5, 7, 8 və 15-ci döngələrdə olan təhlükəsizlik baryerlərinə yeni baryerlər əlavə edilərək həmin hissələrdə təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Bununla yanaşı, 1-ci döngənin çıxışında, 3 və 5-ci döngələrin apekslərində və treklə pit yolunu ayıran hissədə asfalt örtüyünə bərkidilmiş kerblər (qabırğa şəkilli bordyurlar) çıxarılıb, əvəzində həmin yerlər müvafiq qaydada rənglənib.

Trekdən bolidlərin tezliklə çıxarılması üçün 7-ci döngədən əvvəl solda və 18-ci döngənin sağ tərəfində yeni qapılar qoyulub. Bundan əlavə, tam inşa olunduqdan sonra trekdə nəqliyyatın rahat və sürətli hərəkətini təmin etmək üçün trekin müxtəlif yerlərinə bir hissəsi betondan olan qapılar quraşdırılıb.

Və nəhayət, 13 və 19-cu döngələrin kənarlarında olan təhlükəsizlik baryerlərinin olduğu hissə əlavə baryerlər qoyularaq 34 metr genişləndirilib.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm