Qəbələdə olan ispan: “Hələ görəcəyimiz işlər çoxdu”
Bizi izləyin

İdman

Qəbələdə olan ispan: “Hələ görəcəyimiz işlər çoxdu”

Qəbələdə olan ispan: “Hələ görəcəyimiz işlər çoxdu”

“Bütün komandamızı təbrik edirəm. Futbolçularımız mövsüm ərzində verdiyimiz tapşırıqları yerinə yetirdilər. Nəzərə almaq lazımdı ki, heyətimiz iki cəbhədə mübarizə apardı. Həm əvəzedicilər çempionatında, həm də U-19 liqasında uğurla çıxış etdilər. U-19 liqasında çempion olmaq şansımız yüksəkdi”.

Publika.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Luis Araqon söyləyib.

Cari mövsümdə əvəzedicilərlə ilk titulunu - gümüş medalları qazanan ispaniyalı mütəxəssis xüsusilə son oyunlarda yetirmələrindən razı qaldığını vurğulayıb. O, növbəti mövsüm üçün hədəflərindən bəhs etməyi də unutmayıb: “Çempionatda əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Düşünürəm ki, nəticəni və göstərdiyimiz oyunu qənaətbəxş hesab etmək olar. Xüsusilə son oyunlarda komanda yaxşı təsir bağışladı. Amma hələ görəcəyimiz işlər çoxdu. Mövsümün startında ötən mövsümdən daha yaxşı kollektiv formalaşdırmağı və daha yaxşı nəticə qazanmağı qarşımıza məqsəd qoymuşduq. Bu hədəfimizə nail olduq. “Qəbələ” əvəzedicilər çempionatında çıxış edən ən gənc kollektiv idi. Növbəti mövsüm üçün hədəflərimiz Elvin Camalov, Sadiq Quliyev, Murad Musayev, Müşfiq Teymurov kimi perspektivli futbolçuların ustalıq səviyyəsinin artırılmasını təmin etmək və onların əsas komandanın heyətində möhkəmlənməsinə yardımçı olmaqdı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm