UEFA-dan klublara miyonluq cəza
Bizi izləyin

İdman

UEFA-dan klublara miyonluq cəza

UEFA-dan klublara milyonluq cəza

UEFA Maliyyə "Fair-Play" qaydalarına tabe olmayan klubları cəzalandırıb.

Publika.az xəbər verir ki, cəzalananlar içərisində "Mançester Siti" də var. İngiltərə təmsilçisinin rəsmi saytındakı açıqlamada klubun 60 milyon avro cərimə ödəyəcəyi bildirilib. Cəza bununla bitmir. “Şəhərlilər” 2014-2015 mövsümündə Çempionlar Liqasına 23 futbolçu yox, 21 futbolçu sifariş edəcəklər. İngilis nəhəngi ən çox 60 milyon avroluq transferlər həyata keçirə biləcək. UEFA eyni səbəblə “Qalatasaray”ı da cəzalandırıb. İstanbul klubu 200 min avro cərimə edilib. UEFA sübuta yetirib ki, "Cim Bom" Maliyyə "Fair-Play" qaydalarını pozaraq, qazandığı məbləğdən 9,4 milyon avro çox pul xərcləyib. Yeni qaydalara görə, klubların qazandığı məbləğdən çox vəsait xərcləməsi qadağandı. UEFA bunu nəzərə alaraq, “Qalatasaray” futbol klubunu 200 min avro məbləğində cərimələyib.

UEFA Fransanın PSJ klubunu da 60 milyon avro cərimələyib. Bundan əlavə, Avropanın ali futbol qurumu Rusiyanın “Zenit” klubunu 12 milyon, “Rubin”i 6 milyon və “Anji”ni 1 milyon avro cərimə edib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm