İdmançılarımız Antalyada - FOTOLAR
Bizi izləyin

İdman

İdmançılarımız Antalyada - FOTOLAR

İdmançılarımız Antalyada - FOTOLAR

Cüdoçularımız təlim məşq toplanışı keçmək üçün Türkiyənin Antalya şəhərinə yollanıblar.

Publika.az xəbər verir ki, artıq 3-cü gündür Türkiyədə olan idmançılarımız qarşıdan gələn yarışlara hazırlaşırlar. Antalyada təlim məşq toplantısında olan idmançılarımız arasında paralimpiya, dünya və Avropa çempionları da var - 2 qat paralimpiya, 2 qat dünya, 5 qat Avropa çempionu İlham Zəkiyev; Avropa və dünya çempionu Nicat Şıxəlizadə; dünya çempionu Elxan Məmmədov və dünya çempionatının və dünya kubokunun sahibi Elxan Rəcəbli və başqaları.

Qeyd edək ki, 2 qat dünya, 5 qat Avropa çempionu İlham Zəkiyev 3-cü dəfə dünya çempionu adını qazanmaq üçün məşqlərini davam etdirir. Zəkiyev sentyabr ayında keçiriləcək dünya çempionatına hazırlaşır.

Əfsanəvi idmançı, iki qat paralimpiya çempionu İlham Zəkiyev Publika.az-a təlim-məşqin məqsədi ilə bağlı danışdı:

“Bu, Avropa Cüdo İttifaqının (EJU) bayrağı altında, ənənəvi olaraq hər il keçirilən toplanışdır. Toplanış mayın 21- nə qədər davam edəcək”

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm