İdman
ŞOK iddia: Şahzadə Uilyam FİFA-ya rüşvət təklif edib
Şahzadə Uilyam və Böyük Britaniyanın sabiq baş naziri Devid Kameron İngiltərə və Cənubi Koreya arasında futbol üzrə dünya çempionatlarının keçiriləcəyi ev seçimində fırıldaqçılığa yol verib.
Bu iddia ilə FİFA-nın İstintaq Palatasının keçmiş rəhbəri Maykl
Qarsiya çıxış edib.
O, hazırladığı hesabatda göstərib ki, İngiltərə və Cənubi Koreya
2018 və 2022-ci ildə keçiriləcək dünya çempionatlarına ev sahibliyi
etmək üçün əvvəlcədən danışıqlar aparıblar. Bundan əlavə şahzadə
Uilyam və sabiq baş nazir Devid Kameron FİFA-nın vitse prezidenti
Con Moncunla Sürixdəki hotellərin birində gizli görüş keçiriblər.
Görüş zamanı Con Moncundan səsvermə zamanı İngiltərənin lehinə səs
verməsi istənilib.
Qeyd edək ki, İngiltərə və Cənubi Koreyanın cəhdlərinə baxmayaraq
FİFA 2018-ci ildə Rusiyaya, 2022-ci ildə isə Qətərə dünya
çempionatına ev sahiblik etmək imkanı tanıyıb. (xezerxeber.az)
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır