Ronaldo ilə bağlı rəsmi açıqlama: GEDİR, yoxsa QALIR?
Bizi izləyin

İdman

Ronaldo ilə bağlı rəsmi açıqlama: GEDİR, yoxsa QALIR?

"Real"ın prezidenti Florentino Peres Kriştiano Ronaldonun komandadan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Publika.az xəbər verir ki, klub rəhbəri ulduz futbolçunun Madridi tərk edəcəyinə inanmadığını deyib.

Ronaldonun 14,7 milyon avro vergidən yayınması ilə bağlı haqqında iddia qaldırılması səbəbindən haqsızlığa məruz qaldığı üçün İspaniyadan ayrılmaq istədiyi deyilir. Artıq iki həftədi futbol dünyası bu xəbəri müzakirə edir.

"EsRadio"ya danışan Peres "Kriştiano Ronaldo çox hirslənib, bunu bilirəm. Amma məncə komandada qalacaq. İndi sadəcə Konfederasiyalar Kubokunun bitməsini gözləməli və onunla danışıqlara başlamalıyıq" deyib.

Peres indiyədək Ronaldo ilə bu barədə danışmadığını bildirsə də, futbolçunun meneceri Xorxe Mendeslə danışdığını bildirib. (fanat.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm