“Yuventus”dan inanılmaz rekord
Bizi izləyin

İdman

“Yuventus”dan inanılmaz rekord

“Yuventus”dan inanılmaz rekord

Futbol üzrə İtaliya çempionatında cari mövsümün sonuncu - 38-ci turunun oyunları keçirilib.

Publika.az xəbər verir ki, turun əksəri görüşləri son oyun günündə baş tutub. Çempion "Yuventus" son turda "Kalyari"ni böyük hesabla məğlub edib. “Yuventus” bu qələbə sayəsində xallarının sayını 102-yə çatdıraraq tarixi olaya imza atıb. Son turda "Cenoa"nın qonağı olan ikinci pillənin sahibi "Roma" isə mövsümü məğlubiyyətlə başa vurub. "Milan" "Sassuolo"nu, "Kataniya" "Atalanta"nı, "Kyevo" "İnter"i, "Latsio" "Bolonya"nı, "Parma" "Livorno"nu, "Napoli" "Verona"nı məğlub yola salıb. "Fiorentina" - "Torino" matçında isə qalib müəyyənləşməyib.

Beləliklə, mövsümün yekunlarına görə, çempion "Yuventus"la yanaşı, "Roma" və "Napoli" İtaliyanı UEFA Çempionlar Liqasında təmsil edəcək. "Fiorentina", "İnter" və "Parma" Avropa Liqasına vəsiqə qazanıb.

Son üç pillədəki komandalar - "Kataniya", "Bolonya" və "Livorno" isə elitanı tərk edib.

İtaliya A Seriyası

38-ci tur

17 may

Udineze - Sampdoriya - 3:3

Qollar: Di Natale, 27; 32; 88 - Okaka, 10, Eder, 53, Soriano, 55.

18 may

Kataniya - Atalanta - 2:1

Qollar: Lodi, 65, Berqessio, 90-pen - Kone, 80.

Cenoa - Roma - 1:0

Qol: Fetfatzidis, 83.

Yuventus - Kalyari - 3:0

Qollar: Silvestri, 9-öz qapısına, Lyorente, 15, Markizio, 40.

Milan - Sassuolo - 2:1

Qollar: Muntari, 2, De Yonq, 27 - Zaza, 90-pen.

Kyevo - İnter - 2:1

Qollar: Obinna, 73; 90 - Adreolli, 41.

Fiorentina - Torino - 2:2

Qollar: Rossi, 57-pen, Rebiç, 79 - Larrondo, 67, Kurtiç, 84.

Latsio - Bolonya - 1:0

Qollar: Biqliya, 90-pen.

Parma - Livorno - 2:0

Qollar: Amauri, 63; 80.

Napoli - Verona - 5:1

Qollar: Kallexon, 5, Sapata, 13; 25, Mertens, 62; 77 - İturbe, 66.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm