• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

ÇL-in qrupuna birbaşa vəsiqə qazanan komandalar bəllidir

  • İdman
  • 19 May 2014 11:10
  • 702 Baxış
ÇL-in qrupuna birbaşa vəsiqə qazanan komandalar bəllidir

2014/2015 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində birbaşa iştirak etmək hüququ qazanan bütün 22 komanda məlum olub.

Publika.az xəbər verir ki, bunlardan 12-si öz ölkələrində çempion olan komandalardır. “Atletiko” (İspaniya), “Mançester Siti” (İngiltərə), “Bavariya” (Almaniya), “Yuventus” (İtaliya), “Benfika” (Portuqaliya), PSJ (Fransa), “Şaxtyor” (Ukrayna) CSKA Moskva (Rusiya), “Ayaks” (Hollandiya), “Anderlext” (Belçika), “Olimpiakos” (Yunanıstan), “Bazel”di (İsveçrə).

Çempionlardan əlavə “Barselona”, “Real" (hər ikisi - İspaniya), "Liverpul", "Çelsi" (hər ikisi - İngiltərə), "Borussiya" (Dortmund), "Şalke 04" (hər ikisi - Almaniya ), "Roma" (İtaliya), "Sportinq" (Portuqaliya), "Monako" (Fransa), "Qalatasaray" (Türkiyə) da birbaşa qrup mərhələsinə vəsiqə əldə ediblər.

Daha 10 komanda təsnifat oyunlarından sonra - avqustda bəlli olacaq.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR