Ruslar “Qalatasaray”ın məşqçisi ilə danışığa başladı
Bizi izləyin

İdman

Ruslar “Qalatasaray”ın məşqçisi ilə danışığa başladı

Ruslar “Qalatasaray”ın məşqçisi ilə danışığa başladı

Moskvanın “Spartak” komandası “Qalatasaray”ın baş məşqçisi Roberto Mançini ilə danışıqlar aparır.

Publika.az xəbər verir ki, Rusiya mətbuatının yaydığı məlumatda Mançini ilə danışıqların təşəbbüskarının “Spartak”ın sahibi Leonid Fedun olduğu bildirilir.

Əvvəlcə “Spartak”ı Tula “Arsenal”ının baş məşqçisi Dmitri Aleniçevin çalışdıracağı bildirilirdi. Lakin Fedun komandanı təcrübəsiz məşqçiyə tapşırmağa risq etməyib. Rusiya klubunu narahat edən yeganə məsələ Mançininin məvacibidi. Belə ki, italyan çalışdırıcı Avropanın ən ödənişli məşqçilərindən sayılır. O, İngiltərədə ilinə 6,5 milyon avro alırdı. Türkiyədə isə bu məbləğ 5 milyon avroya bərabərdi.

Məhz bu üzdən “Qalatasaray”ın bahalı məşqçi ilə yollarını ayıracağı deyilir. İstanbul klubunu Mirça Luçeskunun çalışdıracağı da iddia olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm