“Məndən yox, oyun "alqı-satqısı"ndan və irqçilikdən danışsınlar”
Bizi izləyin

İdman

“Məndən yox, oyun "alqı-satqısı"ndan və irqçilikdən danışsınlar”

“Məndən yox, oyun "alqı-satqısı"ndan və irqçilikdən danışsınlar”

“Qalatasaray”ın braziliyalı futbolçusu Felipe Melo qatıldığı verilişlərin birində maraqlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, Melo mətbuatda haqqında yazılanların qəsdən edildiyini bildirib:

“Türk mediasını izləmirəm. Heç kimin tənqidi məni maraqlandırmır. Vacib olan klubumun, komanda yoldaşlarımın, məşqçilərimin düşündükləridir. Yazılanları oxumuram, deyilənlərlə maraqlanmıram və dəyər vermirəm. Çünki bunların hamısı qəsdən edilir. Futbol bir şou oyunudur. Hər kəs buna belə baxmalıdır”.

Daha sonra Melo əsas müzakirə ediləsi mövzunun irqçilik və oyun “alqı-satqısı” olduğunu deyib:

“Derbidə qarşılıqlı sataşmalar təbii ki, hörmət çərçivəsində olacaq. Mənim hərəkətlərim, futbolun şou qisimindəki təbii tərəfidir. Müzakirəsi lazım olan mövzular bunlar deyil. Ortada oyun “alqı-satqısı” varsa, ortada irqçilik varsa bunlar danışılmalıdır. Futbolu çirkləndirən bunlardır. Səhifələrdə yazı yazılacaksa, televiziyalarda nə isə müzakirə olunacaqsa ən əhəmiyyətli mövzu oyun “alqı-satqısı” və irqçilikdir. Heç kimin haqqı yeyilməməlidir . Meydanda sayğı çərçivəsində nə isə etmişəm, rəqibə sataşmışam, bunlar işin şou tərəfidir. Braziliyada, İtaliyada belə olur, Türkiyədə də ola bilər.

İnsanlar rəy bildirərkən, tənqid edərkən mövzu başlıqlarını yaxşı düşünüb, ona görə tənqid etsinlər. Artıq elə bir dünyada yaşayırıq ki, texnologiyanın ön plana çıxdığı hər kəsin, hər şeydən xəbərinin olduğu bir dünyadayıq. Sadəcə Türkiyədə belə olur demirəm, bütün dünyadan bəhs edirəm. Məsələn Dani Alvesə edilən irqçilik göz qabağındadır, "Yuventus"un nə etdiyini bilirsiniz, oyun “alqı-satqısı" cəzası aldılar və aşağı liqaya düşdülər”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm