“Nurgün Motors”un tifağını kim dağıdıb?
Bizi izləyin

İdman

“Nurgün Motors”un tifağını kim dağıdıb?

“Nurgün Motors”un tifağını kim dağıdıb?

“Nurgün Motors”un sponsorluq etdiyi “Rəvan” klubu Azərbaycan Premeyer Liqasını tərk etdi.

Komanda növbəti mövsüm 1-ci dəstədə mübarizə aparmalıdı. Mövsümün əvvəlində komandanın belə duruma düşəcəyi gözlənilmirdi. “Rəvan”ın maliyyə durumu imkan verirdi ki, komanda elitadakı yerini asanlıqla qoruya bilsin. Ancaq mövsümün startından sonra klub daxilində olduqca müəmmalı təyinatlar gerçəkləşdi. İdaretmə sistemi iflic vəziyyətinə gətirildi, baş məşqçi dəyişikliyi həyata keçirildi. Nəticə isə acınacaqlı oldu, komanda elitanı tərk etdi. Publika.az “Rəvan”da baş verənlərlə bağlı maraqlı məlumat əldə edib. “Nurgün Motors” şirkətlər qrupunda çalışan, adının çəkilməsini istəməyən şəxsin saytımıza verdiyi məlumata görə, “Rəvan”ın çöküşünün əsas baiskarı klubun idman direktoru Füzuli Əlyevdi. Məhz Füzuli Əliyevin komandaya gəlişindən sonra “Rəvan”da pərdəarxası oyunlar, intriqalar baş qaldırıb.

Oktyabr ayında “Rəvan”da peyda olan Əliyev əvvəlcə heç bir vəzifə daşımayıb. Sonradan “Nurgün Motors”un sahibi Nuru Əliyev onu idman direktoru təyin edib. Ardınca komandada prezident dəyişikliyi də gerçəkləşib. Müşfiq Səfiyevi yeni idman direktoruna yaxın şəxs - Samir Məliksoy əvəzləyib. Füzuli Əliyev mövqelərini möhkəmləndirdikcə kluba öz adamlarını yerləşdirməkdə davam edib. Komandanın ictimaiyyətlə əlaqələr departamentinin rəhəbri İlqar Axundov da məhz Füzuli Əliyevin tövsiyyəsi ilə bu vəzifəyə gətirilib. Əliyev komandanın vites-prezidenti Bəhruz Şirəliyevin səlahiyyətlərini demək olar ki, bütünlüklə əlinə aldıqdan sonra “Rəvan”da baş məşqçi dəyişikliyini də gerçəkləşdirib. Şahin Diniyevi komandadan qovaraq türkiyəli mütəxəssi Güvənc Kurtarı gətirib. Kurtarın gətirilməsi Samir Məliksoyla Füzuli Əliyevin birgə ideyası olub. Maraqlıdır ki, cütlük Kurtarı telekanallardan birindəı çıxış edərkən bəyənərək komandaya dəvət ediblər.

Füzuli Əliyev qardaşı Xaqani Kələşovu da komandaya gətirib. Onların soyadlarının fərqli olması oxucuları çaşdırmasın. Məsələ burasındadır ki, Füzuli Əliyev də əvvəllər Kələşov soyadını daşıyıb, ancaq sonradan dəyişib.

Məlumatda bildirilir ki, Füzuli Əliyev qardaşını “Rəvan”ın Qaraçuxur qəsəbəsində tikilən bazasına direktor təyin etdirib. Xaqani Kələşov buna qədər klubda administrator vəzifəsini icra edib. Əliyev boş qalan administrator vəzifəsinə Oqtay adlı kürəkənini yerləşdirib. Onun daha bir qardaşı oğlu da klubda təşkilatçı kimi işə götürülüb.

Məlumatda bildirilir ki, məhz bu qruplaşmanın bərbad idarəçiliyi nəticəsində “Rəvan” mövsümü boşa verib. Nəticədə “Nürgün Motors”un sahibi Nuru Əliyevin komandaya ayırdığı milyonlara manat vəsait havaya sovrulub.

Hazırda komandada durumun mürəkkəb olduğu bildirilir. “Rəvan”ın 1-ci dəstədə oynayıb-oynamayacağı məlum deyil. Füzuli Əliyevin Türkiyədən dəvət etdiyi məşqçilər korpusu artıq komandanı tərk ediblər. Legioner futbolçuların da komandadan gedəcəyi bildirilir. “Rəvan” dağılmaq üzrədi. Nuru Əliyev isə “Nurgün Motors”un tifağını dağıdan qrupla bağlı qərar verməkdə hələ də tərəddüd edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm