Futbolda yenilik: “Qovulmaya səbəb olmayan qayda pozuntusu”
Bizi izləyin

İdman

Futbolda yenilik: “Qovulmaya səbəb olmayan qayda pozuntusu”

Futbolda yenilik: “Qovulmaya səbəb olmayan qayda pozuntusu”

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) baş katibinin sabiq müavini, federasiyanın rəhbəri vəzifəsinə namizədliyini irəli sürmüş Jerom Şampan hakimlər üçün narıncı vərəqənin tətbiqini zəruri sayır.

Publika.Az xəbər verir ki, futbolda qırmızı vərəqə hakim tərəfindən futbolçuya xüsusilə kobud qayda pozuntusu, idmançıya yaraşmayan hərəkətlərə görə verilir. Sarı vərəqə isə xəbərdarlıq deməkdir.

Bundan başqa, Şampan hesab edir ki, narıncı vərəqə tətbiq etmək lazımdır. Bu vərəqə meydandan qovulmaya səbəb olmayan qayda pozuntusu zamanı göstəriləcək.

Belə ki, narıncı vərəqə futbolçuya sonuncu xəbərdarlıq olacaq.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm