• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

FHN peşəkar klub yaradır

  • İdman
  • 19 May 2014 16:02
  • 1 550 Baxış
FHN peşəkar klub yaradır

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubu mini futbol üzrə çempionatın final mərhələsini keçirib.

Final mərhələsi nazirliyin Mülki Müdafiə Qoşunlarının Hərbi Hissəsində baş tutub. Publika.az xəbər verir ki, İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayevin oyunçularla görüşündən sonra yarışa start verilib.

Yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Yusif Nurullayev olub. Oyuna Elvin Musayev və Öncal Mədətsoylu idarə ediblər. Yarış günlərində ən çox qol vuran XRXX-nin (Xüsusi Riskli Xilasetmə Xidməti) futbolçusu Fakir Məhərrəmov, ən az qol buraxan qapıçısı isə Orxan Kərimov olub.

Komandalar 4 qrupa bölünüb. A və B komandaları XRXX-ın, C də D komandaları isə Mülkü Müdafiə Qoşunlarının stadionunda oynayıb. Hər qrupda 1 və 2-ci yeri tutan komandalar 1/4 final mərhələsinə adlayıb.

Yarımfinala XRXX – DYMX və DSXX – MMQ cütlükləri vəsiqə qazanıb.

DYMX turniri 3-cü pillədə tamamlayıb. 2-ci yeri MMQ tutub. Final görüşündə XRXX ilə MMQ qarşılaşıb. XRXX rəqibinə 8:1 hesabı ilə qalib gəlib.

İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev yarış haqqında bunları deyib:

“Elə iştirakçılar var ki, gələcəkdə Azərbaycan yığma komandasının üzvü ola bilərlər. Yüksək nəticə göstərə bilən oyunçulardan ibarət Fövqəladə Hallar Nazirliyinin mini futbol komandasını yaradıb, daxili və beynəlxalq yarışlarda iştirakına təminat yaratmaq barədə düşünürük”.

Qeyd edək ki, çempionatda FHN-nin müxtəlif qurumlarından 24 komanda və 300 nəfərə yaxın iştirakçı oynayıb. Ümumilikdə 68 görüş keçirilib.

Aygün

Xəbər lenti

DAHA ÇOX XƏBƏR