İdman
Vitse-prezidentin istefasının əsas səbəbi bəlli oldu
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Kələntərovun istefa verməsi barədə məlumat vermişdik.
O, istefa qərarını bir müddət öncə verib. Lakin ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü ilə bağlı keçirilən cüdo üzrə ”Böyük dəbilqə” turnirində üzərinə düşən missiyanı yerinə yetirdikdən sonra qərarını açıqlayıb. Federasiyanın mətbuat xidmətinin rəhbəri Ceyhun Kələntərov isə Elnur Kələntərovun istefa ərizəsini təqdim etsə də, hələ ki, bununla bağlı qərar qəbul edilmədiyini, ərizəyə yaxın zamanda baxılacağı üçün səbəblər barədə məlumat verə bilməyəcəklərini demişdi.
Elnur Kələntərovun istefasının nə yerdə qalması ilə bağlı maraqlanmaq üçün yenidən Azərbaycan Cüdo Federasiyanın mətbuat xidməti ilə əlaqə saxladıq. Federasiya rəsmisi Ceyhun Kələntərov istefanın səbələri barədə Publika.Az-a belə məlumat verdi:
“Elnur Kələntərov istefa verərkən bunun səbəblərini rəhbərliyə şəxsi problemlərlə əlaqələndirmişdi. O artıq bir neçə gündür istefa ərizəsini təqdim edib. Amma bunun nə vaxt təsdiqlənəcəyini dəqiq deyə bilmərəm. Bu yaxınlarda çox güman ki, qərar veriləcək”.
Aygün İlqarqızı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!