Azərbaycanda yeni klub yaradılır?
Bizi izləyin

İdman

Azərbaycanda yeni klub yaradılır?

Azərbaycanda yeni klub yaradılır?

Azərbaycanda yeni futbol klubunun yaradılmasına start verilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, yeni yaradılacaq komanda bağlı tam detallar açıqlanmsa da, klubun çox imkanlı və iddialı olacağı bildirilir. Öncə bölgəni təmsil etmək variantı ortaya çıxsa da, yekunda paytaxtətrafı qəsəbəni seçiblər. İki böyük bankın və bir böyük holdinqin sponsorluq edəcəyi klub Bakının Binəqədi rayonunu təmsil edəcək. Yeni mövsümdən I Divizionda mübarizə aparacaq klubun adı da yaxın günlərdə məlum olacaq və rəsmiq qeydiyyatdan keçdikdən sonra sənədlər Peşəkar Futbol Liqasına təqdim olunacaq. Kluba sponsorluq edəcək iş adamlarının hədəfi böyükdür və artıq onlar baza inşa etmək üçün Binəqədi rayonu ərazisində yer də seçiblər.

Məlumatın maraq doğuran digər tərəfi isə ondan ibarətdir ki, klubda mühüm postlardan birini tutmaq həmkarımıza, hazırda fəaliyyətini dayandırmış “Sport Favorit” qəzetinin baş redaktoru İlkin Vaqifoğluna təklif olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm