ÇL: II təsnifat mərhələsinin cavab oyunları keçirildi
Bizi izləyin

İdman

ÇL: II təsnifat mərhələsinin cavab oyunları keçirildi

Futbol üzrə Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarından 7-si keçirilib.

İlk oyun günündə baş tutmuş qarşılaşmalardan 3-də postsovet məkanı təmsilçiləri üz-üzə gəliblər.

Gürcüstan "Samtredia"sını üstələyən "Qarabağ"dan əlavə, Qazaxıstan "Astana"sı və Belarus BATE-si mərhələ adlayıb.

Gecənin böyükhesablı qələbəsi Uelsdə qeydə alınıb. Xorvatiya "Riyeka"sı TNS-i səfərdə 5:1 hesabı ilə yenərək, növbəti mərhələyə yüksəlib. İslandiya "Hafnarfyordur"u isə Farer adalarında "Vikinqur"u 2 cavabsız topla keçib. Makedoniya "Vardar"ı sensasiyaya imza ataraq, İsveç "Malmö"sünü mübarizədən kənarlaşdırıb. Gecənin yeganə qolsuz nəticələnən oyununda "Buduçnost" Serbiya "Partizan"ı ilə bacarmayıb. Nəticədə "Partizan" ilk görüşdəki qələbə sayəsində mərhələ adlayıb.

Qeyd edək ki, qalan 10 cavab görüşü iyulun 19-da baş tutacaq.

Çempionlar Liqası. II təsnifat mərhələsi, cavab oyunları

18 iyul

18:00. "Astana” (Qazaxıstan) - "Spartak” (Latviya) - 1:1

Qollar: Patrik Tvumasi, 59 - Edqar Vardanyan, 72

İlk oyun - 1:0

20:00. "Vardar” (Makedoniya) - "Malmö” (İsveç) - 3:1

Qollar: Boban Qrnçarov, 56. Tiqran Barseqyan, 61. Boban Nikolov, 90+1 - Markus Rozenborq, 16-penalti ilə

Yerinə yetirilməyən penalti: Xuan Felipe, 61 ("Vardar")

İlk oyun - 1:1

20:00. "Alaşkert” (Ermənistan) - BATE (Belarus) - 1:3

Qollar: Uroş Nenadoviç, 18 - Mixail Qordeyçuk, 23; 35. Maksim Volodko, 78

İlk oyun - 1:1

21:00. "Samtredia” (Gürcüstan) - "Qarabağ” (Azərbaycan) - 0:1

Qol: Donald Gerye, 22

İlk oyun - 0:5

22:00. "Vikinqur” (Farer adaları) - "Hafnarfyordur” (İslandiya) - 0:2

Qollar: Stiven Lennon, 79-penalti ilə. Torarinn Valdimarsson, 90+1

Qırmızı vərəqələr: Andreas Olsen, 78; Vasile Angel, 90+3 (hər ikisi "Vikinqur")

İlk oyun - 1:1

22:00. TNS (Uels) - "Riyeka” (Xorvatiya) - 1:5

Qollar: Adrian Sisleviç, 69 - Florentin Matey, 41. Mario Qavranoviç, 54; 79. Aleksander Qordon, 61. Stefan Ristovski, 64

İlk oyun - 0:2

22:45. "Buduçnost” (Monteneqro) - "Partizan” (Serbiya) - 0:0

İlk oyun - 0:2

19 iyul

20:00. "Dudelanj” (Lüksemburq) - APOEL (Kipr)

İlk oyun - 0:1

21:15. "Rusenborq” (Norveç) - "Dandolk” (İrlandiya)

İlk oyun - 1:1

21:30. "Kopenhagen” (Danimarka) - "Jilina” (Slovakiya)

İlk oyun - 3:1

21:30. "Kukesi” (Albaniya) - "Şerif” (Moldova)

İlk oyun – 0:1

22:00. "Lüdoqorets” (Bolqarıstan) - "Jalgiris” (Litva)

İlk oyun – 1:2

22:15. "Maribor” (Sloveniya) - "Zrinski” (Bosniya və Herseqovina)

İlk oyun -2:1

22:30. "Zalsburq” (Avstriya) - "Hibernians” (Malta)

İlk oyun – 3:0

22:45. "Legiya” (Polşa) - "Mariehamn” (Finlandiya)

İlk oyun - 3:0

22:45. "Seltik” (Şotlandiya) – "Linfild” (Şimali İrlandiya)

İlk oyun – 2:0

23:15. "Honved” (Macarıstan) - "Hapoel” (Beyer Şeva, İsrail)

İlk oyun - 1:2

Oxumağa davam et
Reklam
Reklam

Gündəm