"Qarabağ"ın Çempionlar Liqasında növbəti rəqibi məlum oldu
Bizi izləyin

İdman

"Qarabağ"ın Çempionlar Liqasında növbəti rəqibi məlum oldu

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşləri keçirilir.

Publika.az xəbər verir ki, ikinci oyun günündə 10 qarşılaşma baş tutacaq.

İki matçda ümumilikdə 6:0 hesablı qələbə ilə növbəti mərhələyə adlayan çempionumuz “Qarabağ”ın rəqibi müəyyənləşib.

Albaniyada keçirilən “Kukesi” – “Şerif” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, ilk oyunda 1:0 hesabı ilə qalib gələn "Şerif" səfər matçında vurduğu qol sayəsində növbəti mərhələyə yüksəlib və III təsnifat mərhələsində "Qarabağ"a rəqib olub. (apasport)

Çempionlar Liqası. II təsnifat mərhələsinin cavab oyunu

19 iyul

21:30. “Kukesi” (Albaniya) - “Şerif” (Moldova) - 2:1

İlk oyun – 0:1

Oxumağa davam et
Reklam
Reklam

Gündəm