“Qalatasaray” Avropa Liqasında mübarizəni dayandırdı
Bizi izləyin

İdman

“Qalatasaray” Avropa Liqasında mübarizəni dayandırdı

Avropa Liqasının II təsnifat mərhələsində maraq doğuran oyunlardan biri də “Qalatasaray” (Türkiyə) ilə “Ostersun” (İsveç) arasında olub. Belə ki, ilk oyunda “Ostersun”a 2:0 hesabı ilə məğlub olan “Qalatasaray” cavab qarşılaşmasına qələbə qazanmaq əzmi ilə çıxmışdı.

AZƏRTAC xəbər verir ki, qarşılaşmanın 60-cı dəqiqəsində on bir metrlik zərbəni dəqiq yerinə yetirən Nouri “Ostersun”u hesabda irəli çıxarıb. 69-cu dəqiqədə isə Ahmet Çalık cavab topunu vurub. Beləliklə, “Qalatasaray”ın ev sahibliyi etdiyi oyun 1:1 hesabı ilə başa çatıb.

İki oyunun nəticəsinə görə “Qalatasaray” Avropa Liqasına erkən əlvida deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm