Messi imzaladı, üzr istədi və söz verdi
Bizi izləyin

İdman

Messi imzaladı, üzr istədi və söz verdi

Messi imzaladı, üzr istədi və söz verdi

“Barselona” Lionel Messi ilə yeni müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, yeni müqaviləyə görə, Messi ildə 20 milyon avro alacaq və dünyanın ən çox qazanan futbolçularının siyahısına başçılıq edəcək. Messini almaq istəyən klub 250 milyon avrosundan keçməlidir.

Messi “tvitter”də məsələyə belə münasibət bildirib:

“Barsa”da çıxışımı davam etdirmək qərarına gəlmişəm. Bu klubun mənə bağlı olduğunu hiss edirəm. Həmişə klubum üçün ən yaxşı variantı arzulamışam. Başa çatan mövsüm həm mənim, həm də komandam üçün çətin keçdi. Son oyunda çempion olmaq şansımız vardı, ancaq ondan yararlana bilmədik. Azarkeşlərdən üzr istəyir və gələn mövsüm önəmli qələbələr qazanacağımıza söz verirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm