Karyerasını bitirən futbolçu ilin ən yaxşısı oldu
Bizi izləyin

İdman

Karyerasını bitirən futbolçu ilin ən yaxşısı oldu

"Bavariya"nın heyətində ötən mövsüm karyerasını başa vuran Filipp Lam Almaniyada ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
Publika.az xəbər verir ki, "Kicker" nəşrində 885 idman jurnalisti arasında keçirilən sorğuda sabiq futbolçu 242 səs toplamaqla hamını qabaqlayıb.
Anketdə 192 səslə "Real"dan Toni Kroos 2-ci, 120 səs yığan "Borussiya"nın qabonlu forvardı Pyer-Emerik Obameyanq isə 3-cü olub.
İlin ən yaxşı baş məşqçisi "Hoffenhaym"ın 30 yaşlı çalışdırıcısı Yulian Naqelsman olub. (qol.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm