Gənc boksçu döyüşdən əvvəl yoxa çıxdı - Cəsədini meşədən tapdılar - - FOTO
Bizi izləyin

İdman

Gənc boksçu döyüşdən əvvəl yoxa çıxdı - Cəsədini meşədən tapdılar - - FOTO

Avtomobilə baxış keçirən polis heç bir iz tapmayıb.

İyunun 23-də Almaniyanın Hamburq şəhərində yoxa çıxan türkiyəli boksçu Tunahan Keserin cəsədi meşəlik ərazidə tapılıb.

Publika.az Almaniyanın “Morgenpost” nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı idmançının cəsədi avtoban yolu yaxınlığında yük maşınının sürücüsü tərəfindən aşkarlanıb.

Hamburqda yaşayan Tunahan iyunun 23-də rinqə çıxmalı imiş. Ancaq ondan xəbər alınmadığı üçün görüş o vaxtdan təxirə salınıb. Qeyd edək ki, bundan bir gün əvvəl gənc boksçunun məşqçisi naməlum şəxs tərəfindən ayağından silahla vurulub.

Tunahanın avtomobilinə baxış keçirən polis heç bir iz tapmayıb. Üstündən 1 ay vaxt keçsə də, hər iki hadisənin səbəbləri barədə tutarlı açıqlama verilməyib.

Pərviz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm