ÇL: “Qarabağ” “Şerif”in müqavimətini qıra bilmədi - - YENİLƏNDİ
Bizi izləyin

İdman

ÇL: “Qarabağ” “Şerif”in müqavimətini qıra bilmədi - - YENİLƏNDİ

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib. Azərbaycan çempionu “Qarabağ” bu raundda ilk qarşılaşmasına çıxıb.

Təmsilçimiz öz meydanında Moldovanın “Şerif” klubunu qəbul edib. İlk rəqibi Gürcüstan “Samtredia”sını qol buraxmadan iki dəfə (5:0, 1:0) məğlub edən Qurban Qurbanovun yetirmələri uğurlu seriyasını davam etdirə bilməyib. "Şerif" Bakıda qapısını toxunulmaz saxlamağı bacarıb. Bu cütün taleyinə cavab qarşılaşmasında aydınlıq gələcək

Çempionlar Liqası. III təsnifat mərhələsi, ilk oyun

25 iyul

21:00. “Qarabağ” (Azərbaycan) - “Şerif” (Moldova) 0:0

Baş hakim: Sergey Sinkeviç

Baş hakimin köməkçiləri: Yevgeni Romanav, Vitali Malyutsin (hər ikisi Belarus)

Dördüncü hakim: Viktor Şimusik (Belarus)

UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm