Avropanın “xoruzlar”ı və “bankirlər”i amerikalılara qarşı – FOTOLAR
Bizi izləyin

İdman

Avropanın “xoruzlar”ı və “bankirlər”i amerikalılara qarşı – FOTOLAR

Avropanın “xoruzlar”ı və “bankirlər”i amerikalılara qarşı – FOTOLAR

Artıq planetin futbol azarkeşləri mundial həyacanı ilə yaşayır.

Milli çempionatlarda mübarizə başa çatdığından dünya çempionatı ilə bağlı xəbərlər gündəmi zəbt edir. Elə mətbuat da mundial həyacanına köklənib. Dünya çempionatı bir ölkədə keçirilən bir aylıq futbol yarışması deyil. Mundial bütün dünyada yaşından, peşəsindən aslı olmayaraq hər kəsi ağuşuna alan bir bayramdı. Planetin bütün futbol azarkeşlərinin diqqətinin mundiala yönələcəyini nəzərə alan Publika.az saytı “Mundial səyahəti” layihəsi çərçivəsində oxuculara dünya çempionatlarının tarixi, Braziliyada keçiriləcək çempionatın qrupları ilə bağlı ilə bağlı yazılar təqdim edir. Növbəti yazıda E qrupuna nəzər salacağıq.

Əvvəlki dörd qrupun təqdimatında heyətlər tam bəlli deyildi. Ancaq hazırda əksər yığmaların ilkin heyəti açıqlanıb. Biz də öz növbəmizdə bəlli olan iştirak ərizələrini oxuculara təqdim edəcəyik.

“Bankirlər”in miqrantları

İsveçrə deyəndə Alp dağları, şokolad, saat, bank, bitərəflik və başqa şeylər ağıla gəlir. Futbol isə bu ölkədə çox sevilmir. Baxmayaraq ki, FİFA-nın və UEFA-nın mənzil-qərargahı burdadı. “Qırmızılar”ın cəmi 9 mundialda iştirak etməsi də yazdıqlarımıza əyani sübutdu. Ən yaxşı halda 1/4 finala qədər irəliləyən İsveçrə millisi bu uğura üç dəfə - 1934-cü ildə İtaliyada, 1938-ci ildə Fransada və 1954-cü ildə ölkələrində keçirilən turnirlərdə imza atıb. Sonuncu mundialda mübarizəni qrup mərhələsindəcə dayandıran “bankirlər” əvvəlki illərə nisbətən daha güclü heyətə malikdi.

Ötən əsrin 80-ci illərində Yuqoslaviya federasiyası parçalanmağa başladı. Parçalanmadan sonra yaranan problemlər bir çox insanların xarici ölkələrə köçməsinə səbəb oldu. Həmin ərazidə yaşayan insanların üstünlük verdiyi ölkələrdən biri də İsveçrə idi. Miqrantları problemsiz qəbul edən hökumət bu addımın ölkə futboluna verəcəyi töhfədən xəbərsiz idi. Məhz həmin dövrdə dünyaya gələn uşaqlardan bir neçəsi İsveçrə futbolunun və millisinin öndə gedən adlarına çevrildilər. Xerdan Şaqiri, Haris Seferoviç, Valon Behrami, Blerim Jemaili, Admir Mehmedi və başqalarını misal çəkmək olar. Lixtştayner, Senderos, Yohan Curu, Gökhan İnlər, Barnetta, Stoker kimi futbolçular da var. 2008-ci ildən komandanın “sükanı arxasına” keçən Ottmar Hitsfeld arzuladığı komandanı qurmağı bacarıb. Artıq isveçrəlilər hücum futbolu sərgiləyir və topla oynamağı sevirlər.

Hitsfeldin yetirmələri seçmə mərhələni məğlubiyyətsiz başa vurdu. İslandiya, Sloveniya, Norveç, Albaniya və Kiprin yer aldığı qrupda bu uğuru normal qarşılamaq olar. 10 görüşdən 7-də qələbə qazanan “qırmızılar” sadəcə üç oyunda rəqiblərinə qol vurmaq imkanı yaratdı. Onların İslandiya ilə Berndə baş tutan qarşılaşması isə seçmə mərhələnin ən yaddaqalan oyunlarından oldu (4:4).

“Əl-Cəzirə”nin hücumçusuna möhtac olan Ekvador

1950-ci ildən dünya çempionatının seçmə mərhələlərində mübarizəyə qoşulan Ekvador millisi elə də böyük nailiyyətlərə imza atmayıb. Cənubi amerikalılar ilk dəfə 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilən mundialda iştirak etmək hüququ qazandı. Mübarizəni qrup mərhələsində dayandıran “sarı-mavilər” növbəti mundialda 1/8 final mərhələsinə qədər irəliləməyə nail oldu. Cənubi Afrikada baş tutan turniri televiziyadan izləyən ekvadorlular qitələrində keçirilən dünya kubokunda iştirakçılar siyahısında yer alıblar. Seçmə mərhələni adlamaq onlara heç də asan başa gəlməyib. Argentina, Kolumbiya, Çili, Uruqvay və Venesuela ilə görüşlərdə çətinliklərlə üzləşən Reynaldo Ruedanın yetirmələri dünya çempionatına vəsiqəni yalnız son turda təmin edə bildi. Ekvador millisi Uruqvayla eyni sayda xal yığsa da, top fərqinə görə rəqibindən üstün olduğundan, mundiala birbaşa vəsiqə qazandı.

Təbii ki, bu uğurda Reynaldo Ruedanın əməyi az deyil. Heç də geniş futbolçu seçiminə malik olmayan kolumbiyalı məşqçi bütün oyunlara demək olar ki, eyni oyunçuları dəvət edirdi. Yığmanın lideri isə “Mançester Yunayted”in şərəfini qoruyan Antonio Valensiyadı. O, eyni zamanda komandanın kapitanıdı. Dünya çempionatında ekvadorluların güvənə biləcəyi oyunçu sayı elə də çox deyil. “Əl-Cəzirə”də çıxış edən Felipe Kaysedo hücum xəttinin lideri hesab edilir. Onunla eyni çempionatda çıxış edən Sequnda Kastilyo isə yarımmüdafiənin sözün hər iki mənasında dayağı hesab edilir. Moskva “Dinamo”sundan təcrübəli Kristian Noboa və “Vitess”in uğurları üçün tər tökən gənc Renato İbarra da Ruedanın ümid bəslədiyi futbolçulardandı. “Ştutqart”ın üzvü, 19 yaşlı Karlos Qruezoya ekvadorlular yeni qəhrəman gözüylə baxırlar. O, əsas millidə debüt etməyə imkan tapmasa da, baş məşqçinin mundialda ona şans verəcəyi gözlənilir.

Fransanın yeni “xoruzlar”ı

Fransa millisi E qrupunun ən təcrübəli komandasıdı. Onların sahib olduqları tarix və göstərdiyi nəticələr belə qənaətə gəlməyə imkan verir. Baş tutan 19 mundialdan beşinə qatıla bilməyən “üçrənglilər” cəmi bir dəfə turnirin qalibi olub. 1998-ci ildə ölkələrində baş tutan dünya kubokunda rəqiblərinə aman verməyən fransızları Anri, Zidan, Vieyra, Deşam, Desayi və başqa əfsanəvi futbolçular uğura daşıdılar. Bu, onların oynadığı ilk final idi. Növbəti finalı isə 8 il gözləmək lazım gəldi. Almaniyada keçirilən dünya kubokunun finalında İtaliyaya penaltilər seriyasında uduzan “xoruzlar” bu məğlubiyyətdən sonra bir müddət toparlana bilmədilər. AÇ-2008-də və DÇ-2010-dakı uğursuzluqlar fikrimizin əyani sübutudu. Loran Blanın baş məşqçi postuna təyin olunmasından sonra toparlanmağı bacaran komandada gəncləşdirmə siyasətinə start verildi. Blandan sonra Didye Deşam da bu “kurs”u davam etdirdi. Beləcə Fransa millisi yenidən quruldu. Amma heç nə əvvəlki kimi deyil. “Üçrənglilər” nəhəng komandalarla görüşlərdə əvvəlkitək başabaş, açıq oyun nümayiş etdirə bilmirlər. İspaniya, Finlandiya, Belarus və Gürcüstanla eyni qrupda yer alan Deşamın yetirmələrinin məğlub edə bilmədikləri komanda məhz pireneylilər oldu. 8 oyundan beşində qələbə qazanan “xoruzlar” iki matçda rəqibləriylə “sülh”ə razılaşmışdı. Ukrayna ilə keçirilən pley-off matçları isə çətin ki, yaxın müddətdə yaddaşlardan silinsin. Belə ki, Kiyevdə baş tutan ilk görüşdə məğlub olan (0:2) fransızlar cavab matçında lazım olan üç topu vuraraq dünya kubokuna vəsiqə qazandı.

Didye Deşam artıq Braziliyaya aparacağı 23 futbolçunun siyahısını açıqlayıb. Amma bəzi məqamlara təəccüblənməmək olmur. Məsələn, fransız mütəxəssis “Mançester Siti”nin heyətində İngiltərə çempionu olan Klişiylə Nəsriyə ehtiyac duymayıb. Halbuki, ilkin iştirak ərizəsində onların adı var idi.

İlk qələbə arzusu ilə…

8 milyon əhalisi olan Honduras öndə gedən futbol ölkələrindən hesab edilmir. Şimali amerikalılar bu vaxta qədər cəmi iki mundialda iştirak edib. 1962-ci ildən seçmə mərhələlərdə mübarizə aparan “ağ-mavilər” ilk dəfə 1982-ci ildə İspaniyada keçirilən turnirdə iştirak etdi. Bir xal toplayan Honduras millisi qrupu sonuncu pillədə tamamladı. Onlar növbəti dəfə 28 il sonra mundial həyəcanı yaşadılar. Amma bu dəfə də eyni nəticə təkrarlandı. Honduraslılar üçüncü cəhddə dünya kubokunda ilk qələbələrini qazanmaq niyyətindədi. Qadir olduqları güc onlara bundan artığını arzulamağa imkan vermir.

KONKAKAF zonasında mübarizə aparan Honduras millisi seçmə mərhələni adlamaq üçün xeyli tər tökməli oldu. Bu zonadan üç vəsiqəni təmin edən komandaların adları öncədən məlum idi. ABŞ, Meksika və Kosta-Rika ilə yanaşı, kimin mundiala yollanacağı sual altında idi. Meksikanın uğurlu çıxış etməməsi Hondurasın Braziliyaya yolunu açdı. Üçüncü pillədən möhkəm yapışan Fernando Suaresin yetirmələri mundiala birbaşa vəsiqə qazandılar.

Honduras millisinin oyunçu baxımından ciddi problemləri var. Belə ki, yığmanın bir çox üzvləri elə də güclü olmayan daxili çempionatda top qovurlar. Bir neçə futbolçu legioner həyatı yaşayır. Uilson Palasios komanda yoldaşlarına nisbətən daha təcrübəlidi. O, “Tottenhem”dəki çıxışı ilə tanınıb. Hazırda isə “Stok Siti”nin şərəfini qoruyur. Onun komanda yoldaşı Meynor Fiquera isə müdafiənin əsas fiqurlarındandı.

E qrupu

İsveçrə

Ekvador

Fransa

Honduras

15 iyun

21:00 İsveçrə - Ekvador (Brazilia)

16 iyun

00:00 Fransa - Honduras (Portu-Aleqri)

21 iyun

00:00 İsveçrə - Fransa (Salvador)

03:00 Honduras - Ekvador (Kuritiba)

26 iyun

01:00 Honduras - İsveçrə (Manaus)

01:00 Ekvador - Fransa (Rio-de-Janeyro)

İsveçrə

Qitə: Avropa

FİFA reytinqi: 8

Baş məşqçi: Ottmar Hitsfeld

Yaranma ili: 1895

FİFA üzvü: 1904

Ölkə ərazisi: 41285 kv km

Əhalisi: 8 milyon nəfər

Paytaxtı: Bern

DÇ-lərdə: 10

Ən yaxşı nəticəsi: 1/4 final (1934, 1938, 1954)

AÇ-lərdə: 11

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Haynts Hermann (117), Alen Qeyqer (112), Ştefan Şapyuiza (103).

Ən çox qol vuranlar: Aleks Fray (42), Kubilay Türkyılmaz (34), Maks Abeqqlen (32).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Trankilyo Barnetta (72), Gökhan İnlər (70), Ştefan Lixtştayner (60).

Ən çox qol vuranlar: Trankilyo Barnetta (10), Ərən Derdiyok, Xerdan Şaqiri (hər ikisi - 8), Gökhan İnlər (6).

DÇ-2014. Seçmə tsikl

E qrupu

2012-ci il

7 sentyabr. Sloveniya - İsveçrə 0:2

11 sentyabr. İsveçrə - Albaniya 2:0

12 oktyabr. İsveçrə - Norveç 1:1

16 oktyabr. İslandiya - İsveçrə 0:2

2013-cü il

23 mart. Kipr - İsveçrə 0:0

8 iyun. İsveçrə - Kipr 1:0

6 sentyabr. İsveçrə - İslandiya 4:4

10 sentyabr. Norveç - İsveçrə 0:2

11 oktyabr. Albaniya - İsveçrə 1:2

15 oktyabr. İsveçrə - Sloveniya 1:0

İştirak ərizəsi

Qapıçılar: Dieqo Benalyo (Volfsburq), Roman Buerki (Qrasshoppers), Yann Zommer (Bazel);

Müdafiəçilər: Yohan Curu (Hamburq), Mikael Lanq (Qrasshoppers), Stefan Lixtştayner (Yuventus), Rikardo Rodrigez (Volfsburq), Fabian Şer (Bazel), Filipp Senderos (Valensiya), Stiv fon Berqen (Yanq Boyz), Reto Ziqler (Sassuolo);

Yarımmüdafiəçilər: Trankilyo Barnetta (Ayntraxt F), Valon Behrami, Gökhan İnlər, Blerim Jemaili (hamısı «Napol»), Qelson Fernandes (Frayburq), Xerdan Şaqiri (Bavariya), Valentin Stoker (Bazel);

Hücumçular: Yosip Drmiç (Nürnberq), Mario Qavranoviç (Sürix), Admir Mehmedi (Frayburq), Haris Seferoviç (Real Sosyedad), Qranit Xaka (Borussiya M).

Ekvador

Qitə: Cənubi Amerika

FİFA reytinqi: 28

Baş məşqçi: Reynaldo Rueda

Yaranma ili: 1925

FİFA üzvü: 1926

Ölkə ərazisi: 283560 kv km

Əhalisi: 15,4 milyon nəfər

Paytaxtı: Kito

DÇ-lərdə: 2

Cənubi Amerika kubokunda: 25

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: İvan Urtado (167), Aleks Aqinaqa (109), Edison Mendes (104).

Ən çox qol vuranlar: Aqustin Delqado (31), Eduardo Urtado (26), Kristian Benites (24).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Edison Mendes (107), Valter Ayovi (87), Sequndo Kastilyo (76).

Ən çox qol vuranlar: Edison Mendes (17), Felipe Kaysedo (15), Sequndo Kastilyo, Antonio Valensiya, Xayme Ayovi (hamısı - 8).

DÇ-2014. Seçmə tsikl

2011-ci il

7 oktyabr. Ekvador - Venesuela 2:0

12 noyabr. Paraqvay - Ekvador 2:1

15 noyabr. Ekvador - Peru 2:0

2012-ci il

3 iyun. Argentina - Ekvador 4:0

10 iyun. Ekvador - Kolumbiya 1:0

7 sentyabr. Ekvador - Boliviya 1:0

11 sentyabr. Uruqvay - Ekvador 1:1

12 oktyabr. Ekvador - Çili 3:1

17 oktyabr. Venesuela - Ekvador 1:1

2013-cü il

26 mart. Ekvador - Paraqvay 4:1

8 iyun. Peru - Ekvador 1:0

11 iyun. Ekvador - Argentina 1:1

6 sentyabr. Kolumbiya - Ekvador 1:0

10 sentyabr. Boliviya - Ekvador 1:1

11 oktyabr. Ekvador - Uruqvay 1:0

16 oktyabr. Çili - Ekvador 2:1

İştirak ərizəsi

Qapıçılar: Maksimo Banqera (Barselona Q), Adrian Bone (El Nasyonal), Aleksander Dominqes (Liqa de Kito);

Müdafiəçilər: Qabriel Açilyer, Oskar Baqi, Xorxe Quaqua (hamısı «Emelek»), Valter Ayovi (Paçuka), Frikson Eraso (Flamenqo), Xuan Karlos Paredes (Barselona Q), Kristian Ramires (Fortuna D);

Yarımmüdafiəçilər: Sequndo Kastilyo (Əl-Hilal), Karlos Qrueso (Ştutqart), Renato İbarra (Vitess), Fidel Martines (Tixuana), Kristian Noboa (Dinamo M), Pedro Kinyones (Emelek), Luis Saritama (Barselona Q), Antonio Valensiya (Mançester Y);

Hücumçular: Xayme Ayovi (Tixuana), Felipe Kaysedo (Əl-Cəzirə), Cefferson Montero (Moreliya), Xoao Roxas (Kruz Asul), Enner Valensiya (Paçuka), Armando Vila (Universidad Katolika).

Fransa

Qitə: Avropa

FİFA reytinqi: 16

Baş məşqçi: Didye Deşam

Yaranma ili: 1919

FİFA üzvü: 1907

Ölkə ərazisi: 640679 kv km

Əhalisi: 65,4 milyon nəfər

Paytaxtı: Paris

DÇ-lərdə: 13

Qalib: 1 (1998)

AÇ-lərdə: 7

Qalib: 2 (1984, 2000)

«Qızıl top»u qazananlar: Raymon Kopa (1958), Mişel Platini (1983, 1984, 1985), Jan-Pyer Papen (1991), Zinəddin Zidan (1998).

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Lilian Türam (142), Tyerri Anri (123), Marsel Desayi (116).

Ən çox qol vuranlar: Tyerri Anri (51), Mişel Platini (41), David Trezeqe (34).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Frank Riberi (75), Kərim Benzema (60), Erik Abidal (57).

Ən çox qol vuranlar: Kərim Benzema (18), Frank Riberi (15).

DÇ-2014. Seçmə tsikl

İ qrupu

2012-ci il

7 sentyabr. Finlandiya - Fransa 0:1

11 sentyabr. Fransa - Belarus 3:1

16 oktyabr. İspaniya - Fransa 1:1

2013-cü il

22 mart. Fransa - Gürcüstan 3:1

26 mart. Fransa - İspaniya 0:1

6 sentyabr. Gürcüstan - Fransa 0:0

10 sentyabr. Belarus - Fransa 2:4

15 oktyabr. Fransa - Finlandiya 3:0

Pley-off

15 noyabr. Ukrayna - Fransa 2:0

19 noyabr. Fransa - Ukrayna 3:0

İştirak ərizəsi

Qapıçılar: Uqo Lloris (Tottenhem), Stiv Mandanda (Marsel), Mikael Landro (Bastiya);

Müdafiəçilər: Patris Evra (Mançester Y), Lukas Dinye (PSJ), Matye Debüşi (Nyukasl), Bakari Sanya, Loran Koselni (hər ikisi «Arsenal»), Rafael Varan (Real), Elyakim Manqala (Portu), Mamadu Sako (Liverpul);

Yarımmüdafiəçilər: Blaz Matuidi, Yohan Kabaye (hər ikisi PSJ), Kleman Qrenye (Lion), Rio Mavuba (Lill), Pol Poqba (Yuventus), Matye Valbuena (Marsel), Mussa Sissoko (Nyukasl), Frank Riberi (Bavariya);

Hücumçular: Kərim Benzema (Real), Loik Remi (Nyukasl), Antuan Qrizmann (Real Sosyedad), Olivye Jiru (Arsenal).

Honduras

Qitə: Şimali Amerika

FİFA reytinqi: 32

Baş məşqçi: Luis Fernando Suares

Yaranma ili: 1951

FİFA üzvü: 1951

Ölkə ərazisi: 112090 kv km

Əhalisi: 8,4 milyon nəfər

Paytaxtı: Tequsiqalpa

DÇ-lərdə: 3

KONKAKAF qızıl kuboku: 11

Ən yaxşı nəticəsi: 1/2 final (2005, 2009, 2011, 2013)

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Amado Qevara (138), Noel Valyadares (117), Karlos Pavon (101).

Ən çox qol vuranlar: Karlos Pavon (58), Uilmer Velaskes (35), Milton Nunyes (34).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Noel Valyadares (117), Meynor Fiqeroa (99), Uilson Palasios (90).

Ən çox qol vuranlar: Karlo Kostli (28), Cerri Benqtson (18), Uilson Palasios (6).

DÇ-2014. Seçmə tsikl

2-ci qrup mərhələsi

C qrupu

2012-ci il

9 iyun. Honduras - Panama 0:2

13 iyun. Kanada - Honduras 0:0

7 sentyabr. Kuba - Honduras 0:3

12 sentyabr. Honduras - Kuba 1:0

13 oktyabr. Panama - Honduras 0:0

16 oktyabr. Honduras - Kanada 8:1

3-cü qrup mərhələsi

A qupu

2013-cü il

6 fevral. Honduras - ABŞ 2:1

22 mart. Honduras - Meksika 2:2

27 mart. Panama - Honduras 2:0

8 iyun. Kosta-Rika - Honduras 1:0

12 iyun. Honduras - Yamayka 2:0

19 iyun. ABŞ - Honduras 1:0

7 sentyabr. Meksika - Honduras 1:2

11 sentyabr. Honduras - Panama 2:2

11 oktyabr. Honduras - Kosta-Rika 1:0

16 oktyabr. Yamayka - Honduras 2:2

İştirak ərizəsi

Qapıçılar: Noel Valladares, Donis Eskober (hər ikisi «Olimpiya»), Luis Lopez (Real İ);

Müdafiəçilər: Brayan Bekeles (Olimpiya), Emilio İzakirre (Seltik), Xuan Karlos Qarsiya (Viqan), Maynor Fiqeroa (Hall Siti), Viktor Bernardez (San Xose), Osman Çaves (Çindao Çjunnen), Xuan Pablo Montes (Motaqua);

Yarımmüdafiəçilər: Arnold Peralta (Reyncers), Luis Qarrido (Olimpiya), Rocer Espinoza (Viqan), Jorje Klaros (Motaqua), Uilson Palasios (Stok Siti), Oskar Qarsiya (Hyuston Dinamo), Endi Naçar (Anderlext), Mario Martinez (Real İ), Marvin Çaves (Kolorado Rapid);

Hücumçular: Cerri Benqtson (Nyu İnqlend Revolyuşn), Cerri Palasios (Alaxuelense), Karlo Kostli (Real İ), Roni Martinez (Real Sosyedad).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm