Keçmiş prezidentin nəvəsi avtomobil qəzasında öldü - VİDEO
Bizi izləyin

İdman

Keçmiş prezidentin nəvəsi avtomobil qəzasında öldü - VİDEO

Keçmiş prezidentin nəvəsi avtomobil qəzasında öldü - VİDEO

"Fənərbaxça"nın keçmiş rəhbərlərindən olan Ali Şenin 17 yaşlı nəvəsi Alp Ali Şenin istifadə etdiyi avtomobil qarşıdan gələn yük maşını ilə toqquşub.

Publika.Az xəbər verir ki, 17 yaşlı Alp Ali Şen hadisə yerində dünyasını dəyişib. Onun yanında oturan dostu Burak Efkan isə ağır yaralı olaraq Şile Dövlət Xəstəxanası aparılıb. 17 yaşlı nəvəsinin ölüm xəbərini alan "Fənərbaxça" klubunun keçmiş prezidenti Ali Şen Kosovodan özəl təyyarə ilə İstanbula gəlib. Ali Şeni keçmiş Şişli Bələdiyyə Başçısı Mustafa Sarıgül qarşılayıb. Xeyli kədərli olduğu görünən Ali Şen təyyarənin pilləkənlərindən enər-enməz onu qarşılayan Mustafa Sarıgülə sarılaraq ağlayıb. Daha sonra Ali Şen avtomobilinə minərək nəvəsinin cənazəsinin olduğu Ədliyyə Tibb Qurumuna gedib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm