"Qəbələ"nin baş məşqçisi: "Panatinaikos”la qarşılaşacağımıza sevinirik"
Bizi izləyin

İdman

"Qəbələ"nin baş məşqçisi: "Panatinaikos”la qarşılaşacağımıza sevinirik"

İyulun 27-də Afinada keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

“Panatinaikos”la iki il əvvəlki qarşılaşmalarımız həmin dövr üçün müsbət hadisə idi. Bu gün isə bunun heç bir əhəmiyyəti yoxdur".

Publika.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Yunanıstan "Panatinaikos"u ilə keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündən əvvəl keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, 5:0 hesabı ilə qalib gəlsələr, bu, müsbət nəticə sayılacaq:

"Sabah heyətini yeniləmiş iki komanda oynayacaq. İki il əvvəlki ilə müqayisədə bizim komanda çox dəyişib. Rəqib haqda çox şey bilirik. Lakin sabahkı matç barədə nəyisə ehtimal edə bilmərik. Özümə də sabahkı oyunun necə alınacağı maraqlıdır. “Panatinaikos”u kifayət qədər yaxşı tanıyırıq. Rəqib haqda çox məlumatımız var. Bilirik ki, bu komandanın heyəti çox dəyişib. İki il əvvəlki qarşılaşmalardan yalnız bir neçə oyunçu qalıb. Biz ayrı-ayrı futbolçular, hətta kluba yeni qoşulanlar haqda da məlumat toplamışıq".

Ukraynalı mütəxəssis istənilən komandanı ciddi rəqib saydıqlarını vurğulayıb:

"Daim püşkü normal qarşılayıram. Başa düşürük ki, Avropa miqyasında adi bir komandayıq. Bu üzdən bizim üçün də istənilən komanda ciddi rəqibdir. “Panatinaikos” böyük ada malik komandadır, brenddir. Sevinirik ki, belə komanda ilə qarşılaşacağıq. Bu görüşlər bizim üçün müəyyən hadisədir. İlk matçın harada keçirilməsini nə müsbət, nə də mənfi məqam sayıram. Prinsipcə, bunun əhəmiyyəti də yoxdur”.

İyulun 27-də Afinada keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm