"Neftçi" "Şalke"yə belə məğlub oldu - - VİDEO
Bizi izləyin

İdman

"Neftçi" "Şalke"yə belə məğlub oldu - - VİDEO

"Neftçi” PFK Avstriya toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Publika.az klubun saytına istinadən xəbər verir ki, komandamız Almaniyanın "Şalke” klubu ilə qarşılaşıb.

Noykirxen-am-Qrosfenediqer şəhərindəki "Sportzentrum” stadionunda baş tutmuş görüş 0:1 hesablı məğlubiyyətlə nəticələnib.

"Neftçi” qarşılaşmaya bu heyətlə çıxıb: Səlahət Ağayev, Məqsəd İsayev (Ömər Buludov, 73), Kirilo Petrov, Pavel Dreksa (Rahil Məmmədov, 73), Məhəmməd Mirzəbəyov (Rəhman Hacıyev, 63), Ruslan Abışov, Tərzin Cahangirov, İqnasio Errera (Edson Kastilyo, 73), Namik Ələskərov (Mirabdulla Abbasov, 73), Elnur Cəfərov (Fəhmin Muradbəyli, 46), Daniel Seqoviya (Uqo Barqas, 46).

"Neftçi” ikinci yoxlama oyununu iyulun 30-da BƏƏ-nin "Əl Ain” klubuna qarşı keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm